“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...

Tarix 22.09.26, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Elm və təhsil, əslində təhsilsizlik naziri Emin Əmirullayev bu yaxınlarda jurnalistin sualını cavablandırarkən Abşeron rayonunda məktəblərdə sıxlığın yaranmasını səbəbini qanunsuz tikintilərin artmasında görüb. 

Nazir absurd bəhanə gətirərək vurğulayıb ki, demoqrafik dəyişiklik, kollektorun üstündə, qadağan olunmuş yerlərdə ev tikənlər məskunlaşmada sıxlığa səbəb olub, nəticədə məktəblərdə şagirdlərin yerləşməsi problemi yaranıb.

Nazir məktəblərin sayını artırmağa çalışdıqlarını bildirərək daha bir rəzil çıxış yolu göstərib. Deyib ki, doğum səviyyəsi aşağı düşüb və  məktəblərdə şagirdlərin yerləşməsi gələcəkdə problem olmayacaq. Yəni uşaq sayı azalacaq və bununla problem "həll" olacaq.

Anaxeber.info.az yazır ki, beləliklə, Abşeron rayon təhsilində bərbad idarəetməni, regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevanın fəaliyyətini, məktəblərdə müxtəlif adlarla pul yığılmasını, rüşvəti görməyən Emin Əmirullayev, kiminsə kollektor üstündə ev tikməyini görə bilir. Halbuki nazir bu ölkədə daşı daş üstünə icazəsiz qoymağın mümkün olmadığını yaxşı bilir. Yaxşı bilir ki, Abşeron rayonunda vətəndaş çarəsizlikdən şərait olmayan yerdə bir qanunsuz tikinti aparıb özünə daxma tikibsə, buna icra hakimiyyəti və ya bələdiyyə icazə verib, rüşvət alıb, göz yumub. Ancaq nazir günahı vətəndaşın boynuna biçir, sanki başqaları "süddən çıxan ağ qaşıqdı". Bəs Abşeron təhsilindəki özbaşınalıqları niyə görə bilmir? İlhamə Abdullayevanın Abşeron-Xızı regional təhsil idarəsinin başına gələndən nələr etdiklərinə nazir reaksiya vermir, amma məktəblərdə şagird yerləşməsində yaranmış problemi qanunsuz tikintilərin artmasının üzərinə qoyur. Deyək ki, hətta həqiqətdir.

Bəs Abşeron məktəblərində tədris ili başlar-başlamaz pul yığılması nədir?
Xırdalan, Masazır, Saray məktəbləri bazara çevrilib.  İlhamə Abdullayeva və onun havadarlarının biznes maraqlarına qurban verilən və ölkənin çox böyük hissəsini əhatə edən regional idarədə demək olar ki, ölkə qanunları işləmir. Qohumbazlığın, klan sisteminin bərqərar olunduğu Abşeron-Xızı RTİ barədə əlaqədar dövlət qurumları heç bir tədbir görmür və yaxud görmək iqtidarında deyil.
Onsuz da təhsilin keyfiyyəti ürəkaçan deyildi, Abdullayeva isə böhranı bir qədər də dərinləşdirib. Buna da səbəb hər addımbaşı pul istənilməsidir. Pul, pul, bir də pul – regional təhsil idarəsi rəhbərinin şüarıdır. Yəni Lenin kimi, “oxumaq, oxumaq, bir də oxumaq!” şüarı deformasiyaya uğrayıb, İlhamə Abdullayeva onu pulla əvəzləyib. Ona görə də Abşeron təhsil ictimaiyyəti, valideynlər, müəllimlər narazıdırlar. Razı qalan bircə məktəb direktorlarıdır. Bu da təhsil şefi ilə olan işbirliyindən irəli gəlir.
Məktəblərdə dərs saatlarının satılması adi hal alıb, bütün müəllimlər “varabskoy qanunlarla” aylığa otuzdurulub, binəva müəllimlər hədə-qorxu altında daimi psixoloji basqıyla fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Müxtəlif adlar altında pul toplanılması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Təbii ki, bütün bunlar İlhamə xanımın xəbəri olmadan baş vermir. 

Nazir isə deyir ki, hər şey yaxşıdır, sadəcə, rayonlardan gəlib qanunsuz evlər tikənlər məktəblərdə sıxlıq yaradıb. Əks halda, İlhamə Abdullayeva Abşeron təhsilini gülüstana çevirəcəkmiş... 

Amma çox uzağa getməyək, elə bu yay sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə şagirdlərdən "fond pulu" və "summativ pulu" yığılması ilə bağlı iddialar yayılmışdı. Ümumiyyətlə, hansı əsrdir ki, hələ də fond pulu yığılır? Dövlətin məktəblərin maddi-texniki bazasına, invertara ayırdığı pullar hara gedib? Amma bəllidir, o pullar təhsil şeflərini varlandırır, biznes sahibi edir. 
Diqqət edin, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanan məlumatlarda qeyd olunub ki, maliyyə pozuntuları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki 103 ümumi təhsil müəssisəsi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.
İddialara görə, İ. Abdullayeva rəhbərlik etdiyi dövrdə yalnız maliyyə pozuntuları ilə deyil, şəxsi dəbdəbəsi ilə də diqqət çəkib. Bildirilir ki, onun övladına Bakının “Elite Event Hall” şadlıq sarayında dəbdəbəli toy mərasimi təşkil edilib, o cümlədən İsveçrəyə səfər edərək cehiz aldığı da məlum olub. Həmçinin, Xırdalan şəhərinin “Kristal-1” yaşayış kompleksində İ. Abdullayevaya məxsus şəxsi gözəllik salonunun fəaliyyət göstərdiyi, onun bura tez-tez xidməti avtomobillə gəldiyi bildirilir.

Həmçinin iddialara görə, bu vəziyyətin arxasında onun dayısı – “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov dayanır.
Nazir bu detallara diqqət etməlidir, nəinki kollektor üstündə daxma tikən bir kasıba...



Xəbərin oxunma sayı : 442




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap