“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Tarix 22.09.26, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.

İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır Qasımov və İkram Qasımov, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunub.

Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sankisya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.

Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.

Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzlərinə və digər qohumlarına məxsus 200-300 milyon manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.

100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib. Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.

Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.

Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.



Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap