“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO

Tarix 22.09.26, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirak edəcəyi "Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Xocavənd rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı tərəfindən konsert proqramı təqdim edilib.





Xəbərin oxunma sayı : 490




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap