“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərişıq” ASC-nin tenderlərindən pul qazananlar – Yaxud Ülvi Hüseynov kimdir?

Tarix 21.09.26, 0:49

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayon sakini Ülvi Hüseynov “Azərişıq” ASC-nin tender işlərinə başlayandan sonra “kiçik oliqarxa” çevrilib

Azərbaycanda son illərin ən çox qazanc yerlərindən biri məhz tenderlərdir. Dövlət müəsissələrində həyata keçirilən satınalmalar bir çox şəxsləri milyonçuya çevirib. Hər kəsə məlumdur ki, ölkədə qazanılan tenderlərdə ciddi maliyyə maxinasiyaları mövcuddur. Bu isə tenderlə vasitəsilə görülən işlərin ciddi şəkildə şişirdilməsi ilə həyata keçirilir. 

AzFakt.com-a daxil ilginc məlumata görə “Azərişıq” ASC-nin tenderlərindən “kiçik oliqarxa” çevrilən bir şəxs peyda olub. Bu şəxs Beyləqan rayon sakini Ülvi Hüseynovdur. Məlumata görə hazırda Ülvi Hüseynova tender kralıda demək olar. Yəni “Azərişıq” ASC-nin bütün tenderlərində Ülvi Hüseynovun “izi”ni görmək olar. Bildirilir Ülvi Hüseynov tender işlərinə girişdikdən sonra sözün əsl mənasında “kiçik oliqarxa” çevrilib. 

Vaxtı ilə Beyləqanın kəndlərndə süd yığımı ilə məşğul olan və sonradan DYP-də işə düzələn Ülvi Hüseynov, son 5 ildə “Azərişıq” ASC-nin tender işləri ilə məşğul olmağa başlayıb. 

Açıklama yok.
Ülvi Hüseynov

Məlumata görə Ülvi Hüseynovun tenderlərdən əldə etdiyi qazanclar o qədər çoxdur ki, Dövlət Yol Polis işçisi özünə 100 min manata zerkalnı avtomobil nömrəsi belə alıb. Son model Range Rover avtomobilinin seryası nömrəsinin 11 JJ 111 olduğu bildirilir. Bahalı abtomobil, bahalı seriya nömrə ilə bərabər Ülvi Hüseynov paytaxtda bir neçə bahalı evə, əmlakada sahiblənib. 

Açıklama yok.

Həmçinin Ülvi Hüseynovun dəbdəli həyat yaşadığı və tez-tez paytaxtın tanınmış restoranlarında pullar xərclədiyi gözdən qaçmır. 

Görəsən “Azərişıq” ASC-nin tender yaxud başqa işləri ilə bu qədər pula sahib olmaq olarmı? Əlbətdə sahib olmaq olar, amma yuxarıda qeyd etdiyimiz kimi. Yəni görülən işlərin qiymətini 10 dəfə şişirtməklə tenderlərdən yaxşı qazanc əldə etmək olar. 

Məlumata görə Ülvi Hüseynova “Azərişıq” ASC-də bu şəraiti yaradan şəxs onun dayısı Kamil Hüseynovdur. 

Açıklama yok.

Kamil Hüseynov “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri vəzifəsində işləyir. İddialar görə Ülvi Hüseynovun birdən-birə bu qədər imkan sahibi olmasında bir mənalı olaraq dayısı Kamil Hüseynovun rolu var. 

Məhz Ülvi Hüseynov “Azərişıq” ASC-nin tender işləri ilə məşğul olmağa başlayandan sonra "kiçik"oliqarxa çevrilib. Yoxsa Beyləqanda süd daşıyan, sonradan DYP işçisi olan və əmək haqqı ilə dolanan Ülvi Hüseynov heç cür 100 min dollarlıq avtomobil və 100 min manatlıq nömrə sahibi ola bilməz. Hələ onun əldə etdiyi obyekt və mənzilləri demirik. Görünür “Azərişıq” ASC sədrinin müşaviri Kamil Hüseynov bacısı oğlu Ülvi Hüseynova tenderlərdən yaxşı qazanc əldə etməsi üçün şərait yaradıb. 

Bu barədə araşdırmamız davam edir.





 



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap