“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı

Tarix 17.09.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Banker.az xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Bankın İdarə Heyətinin digər üzvləri Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədovdur.

Banker.az sentyabrın 1-də “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucovun vəzifəsindən ayrılacağını bildirmişdi. Orucov 2016-cı ildən bankda çalışırdı, 2018-ci ilin dekabrından İdarə Heyəti sədrinin müavini, 29 iyun 2020-ci ildən isə İdarə Heyətinin sədri idi.

Həmin dövrdə İdarə Heyətinin üzvü İlker Hepçorman da bankdan ayrılmışdı. O, 2024-cü ilin avqustunda İdarə Heyətinə üzv seçilmiş, 2026-cı ilin iyulunda isə “Millikart” MMC-nin icraçı direktoru təyin edilmişdi. Hepçorman 2013-cü ildən ASB Bankda rəqəmsal bankçılıq və ödəniş kartları istiqamətində çalışıb.

Sarvan Mikayılov isə uzun illərdir “Azərbaycan Sənaye Bankı”nda fəaliyyət göstərir. O,1998-ci ilin yanvarından bankda maliyyə direktoru və İdarə Heyətinin üzvü kimi çalışırdı.

ASB Bank 1996-cı ildə yaradılıb və 60 milyon manat nizamnamə kapitalına malikdir. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir. Digər səhmdarlar Leyla Gözal Kurt və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap