“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - Son qiymətlər

Tarix 01.09.26, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin dekabr ayı ilə 2026-cı ilin avqust ayı arasında Azərbaycanda yeni avtomobillərin bir sıra modellərinin qiymətində azalma qeydə alınıb.

Yeniavaz.com“Statix”ə istinadən xəbər verir ki, qiyməti ən çox azalan model “Nissan X-Trail” olub.

Modelin median qiyməti 61 900 manatdan 52 900 manata düşüb. Beləliklə, “Nissan X-Trail”in qiyməti son 8 ayda 9 000 manat və ya 14,5 faiz ucuzlaşıb.
İkinci ən böyük ucuzlaşma “Chevrolet Cobalt” modelində qeydə alınıb. Bu avtomobilin median qiyməti 20 000 manatdan 17 250 manata enib. Nəticədə model 2 750 manat və ya 13,8 faiz ucuzlaşıb.

Üçüncü yerdə “Mercedes GLS 450 4MATIC” qərarlaşıb. Modelin median qiyməti 260 218 manatdan 225 526 manata düşüb. Bu, 34 692 manat və ya 13,3 faiz azalma deməkdir.

Daha sonra “Nissan Qashqai” modelinin qiyməti 57 900 manatdan 50 800 manata düşərək 7 100 manat və ya 12,3 faiz ucuzlaşıb.
“M-Hero 917” modelinin median qiyməti isə 185 300 manatdan 164 900 manata enib. Model üzrə azalma 20 400 manat və ya 11 faiz təşkil edib.
Qiyməti 10 faizdən çox azalan digər model “Hyundai Elantra” olub. Onun median qiyməti 38 900 manatdan 34 900 manata düşüb. Bu, 4 000 manat və ya 10,3 faiz ucuzlaşma deməkdir.

Ümumilikdə, 25 yeni avtomobil modelinin qiymətində azalması qeydə alınıb. Ən aşağı azalma isə “BMW X7” modelində olub. Bu avtomobilin median qiyməti 277 415 manatdan 275 500 manata düşüb ki, bu da 0,7 faiz azalma deməkdir.

Qeyd edək ki, 2026-cı ilin avqust ayına olan göstəricilərə əsasən, təqdim olunan modellər arasında ən yüksək median qiymət “BMW X7” modelindədir – 275 500 manat. İkinci yerdə 225 526 manatla “Mercedes GLS 450 4MATIC”, üçüncü yerdə isə 183 600 manatla “ZEEKR 9X” qərarlaşıb.

Ən ucuz model isə “JAC JS2” olub. Onun median qiyməti 19 250 manat təşkil edib.




Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap