“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Nar”ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı

Tarix 31.08.26, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli mobil operator “Nar”ın təşəbbüsü ilə həyata keçirilən “Jestdili.az” layihəsinin yeni versiyası istifadəyə verilib.

AzFakt.com xəbər verir ki, platformanın dizaynı və strukturu yenilənib, istifadəçi rahatlığını artıran yeni funksiyalar əlavə olunub, həmçinin beynəlxalq işarət dili üzrə yeni bölmə yaradılıb.

Yeni bölmədə beynəlxalq işarət dilində 100 söz və əlifba üzrə video materiallar təqdim olunur. İstifadəçilərin sözləri daha asan və sürətli tanıması üçün “kateqoriyalar” bölməsinə video önizləmə funksiyası əlavə edilib. Beləliklə, istifadəçi sözü açmadan müvafiq jesti qısa video vasitəsilə nəzərdən keçirə bilir.

Yeni sözlərlə yanaşı, platformada mövcud olan söz və ifadələr mütəmadi olaraq nəzərdən keçirilir, onların video materialları daha təkmil formada hazırlanaraq yenilənir. Video izahların hazırlanması üçün layihəyə yeni aktyorlar cəlb edilir, platformanın daha əlçatan olması üçün mütəmadi yeniləmələr həyata keçirilir.

Qeyd edək ki, “Jestdili.az” 2022-ci ildə “NETTY” milli internet mükafatına (I yer) və 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (IPRA) “Golden World Awards” mükafatına (I yer) layiq görülərək “Nar”ın inklüzivlik və korporativ sosial məsuliyyət sahəsində ən uğurlu təşəbbüslərindən biri kimi tanınıb.

“Nar”ın həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Xəbərin oxunma sayı : 1351




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap