“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda yağış yağacaq, temperatur 26 dərəcəyə düşəcək - Proqnoz

Tarix 31.08.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında yağışlı hava şəraiti müşahidə olunacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və yarımadanın bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.

Səhər saatlarında yağışın tədricən kəsiləcəyi, gün ərzində isə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi arabir güclənəcək, günorta saatlarında isə şimal-şərq küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20°, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 75-85 faiz arasında dəyişəcək.

Ölkənin rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər.

Rayonlarda mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 25-29° isti olacaq. Dağlıq ərazilərdə gecə 10-15°, gündüz isə 18-22° isti təşkil edəcək.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap