“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Asif Əsgərov müəmması: mandata sığınmaq keçmişi unutdurmur

Tarix 01.09.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi məmurlar vəzifə kreslosunu itirəndə siyasi səhnədən çəkilmək əvəzinə başqa bir statusun arxasında gizlənməyə çalışırlar. İcra başçısı kimi fəaliyyətləri ilə bağlı yaranan suallar, vətəndaş narazılığı və idarəçilikdə buraxılan səhvlər yeni mandatın kölgəsində qalır. Deputatlıq isə onlar üçün xalq qarşısında yeni məsuliyyət mərhələsindən daha çox keçmiş fəaliyyətə yönələn suallardan yayınmaq imkanına çevrilir.

Asif Əsgərovun siyasi karyerasına nəzər salanda belə bir mənzərə ilə qarşılaşırıq. Uzun illər icra başçısı vəzifəsində çalışan şəxs rəhbərlik etdiyi rayonlarda vətəndaş məmnunluğunu təmin edə bilməyib. İdarəçilik fəaliyyəti ciddi narazılıqlar və tənqidlərlə yadda qalıb. Sonra isə deputat mandatı əldə edərək siyasi statusunu dəyişərək toxunulmazlıq qazanıb. 

Əvvəla, deputat mandatı heç kəsə keçmiş fəaliyyətini unutdurmaq hüququ vermir. Əksinə, xalqın verdiyi mandat şəxsin üzərinə daha böyük məsuliyyət qoyur. Keçmişdə vətəndaşın qarşısında cavabsız qalan məsələlər varsa, deputat statusu həmin məsələlərin üzərindən xətt çəkmir.

İkincisi, ən düşündürücü tərəfi də budur, insan illərlə dövlət idarəçiliyində yüksək vəzifə tutur, vətəndaşların narazılığı ilə üzləşir, sonra isə deputat seçilir. Ardınca həmin mandat əvvəlki fəaliyyətin tənqidindən qorunmaq üçün siyasi sipər təsiri bağışlayır, burada artıq yalnız bir deputatın fəaliyyətindən daha çox siyasi məsuliyyət anlayışı haqqında danışmaq lazım gəlir. 

Üçüncüsu, sual yaranır, Asif Əsgərovun timsalında deputat mandatı seçiciyə xidmət üçün əldə olunub, yoxsa keçmiş məmur fəaliyyətinin yaratdığı sualların üstünü örtmək üçün? Aparılan araşdırmanın ortaya çıxardığı həqiqət ürəkaçan deyil. Asif Əsgərovun parlament fəaliyyəti konkret olaraq seçicilərə xidmət etmir. Təmsil etdiyi rayonunun sosial, iqtisadi və infrastruktur problemləri Milli Məclisdə ardıcıl şəkildə gündəmə gətirilmir. Seçicilərin gündəlik qayğıları parlament tribunasından bəyan olunmur, vətəndaş müraciətlərinin həlli istiqamətində ciddi nəticələr görünmür.

Bunun fonunda Asif Əsgərovun deputatlığı ətrafında ciddi seçici narazılığı yaranır. Mandatın mahiyyəti seçicinin səsini parlamentdə eşitdirmək, onun problemini dövlət qurumlarının qarşısında qaldırmaq və nəticə əldə etməkdir. Seçicinin problemi parlamentdə səslənmirsə, vətəndaş müraciətləri nəticəsiz qalırsa, deputatın fəaliyyəti kimə və nəyə xidmət edir? 

Deputatın əsas vəzifəsi informasiya məkanında uğursuz yazılara imza qoymaq yox, seçicinin səsini parlament tribunasında qaldırmaqdır.  Lakin Asif Əsgərov informasiya resurslarında dərc olunan görüş, açıqlama və şablon xarakterli yazılarla gündəmdə qalmağa can atır. Bu da seçicinin real problemlərinin həllinə xidmət edən siyasi fəaliyyətin göstəricisi sayıla bilməz.

Rayonda hansı problem həll olunub? Hansı vətəndaş müraciəti nəticə verib? Hansı məsələ parlament səviyyəsində qaldırılıb? Hansı qanunvericilik təşəbbüsü Zaqatalanın sosial-iqtisadi problemlərinə real təsir göstərib?

Bu suallara cavab əvəzinə  Asif müəllim informasiya məkanında şablon yazılara üstünlük verir, onda diqqətin seçiciyə yox, şəxsi siyasi görünürlüğə yönəldiyi qənaəti yaranır. 

Nəhayət, deputat mandatı reklam vasitəsi deyil. Mandat seçicinin etimadıdır. Bu etimadın qarşılığı isə real fəaliyyət, açıq hesabat və konkret nəticədir. Asif Əsgərovun qarşısında da məhz bu məsuliyyət dayanır. Keçmiş fəaliyyət ətrafında səslənən iddialara cavab vermək, deputat kimi gördüyü işləri ortaya qoymaq və seçicinin məmnunluğunu konkret nəticələrlə təmin etmək. Çünki informasiya məkanında görünmək asandır. Seçicinin etimadını qazanmaq isə konkret fəaliyyət tələb edir.

Aktual.az



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap