“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı - MƏHKƏMƏ

Tarix 01.09.26, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropada işlə təmin etmək adı ilə 171 nəfərin pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə davam edib.

Məhkəmədə ifadə verən M.Q. təqsirləndirilən şəxsləri tanımadığını bildirib.

O deyib ki, internetdə xarici ölkəyə viza və təhsil məsələlərində kömək göstərilməsi ilə bağlı elan görüb və bundan sonra 28 May ərazisində yerləşən ofisə müraciət edib:

“Pulu Aytac adlı xanıma vermişəm. Bu iki nəfəri tanımıram. Nağd şəkildə 1500 manat ödədim. Məni arxayın etdi ki, narahat olmayım, tezliklə İngiltərəyə viza alacağam. Dedi ki, Kamil müəllim məsələni həll edəcək. Sonra eşitdim ki, onu tutublar. Şikayətçiyəm, pulumu tələb edirəm”.

Digər zərərçəkmişlərin dindirilməsi üçün növbəti məhkəmə prosesi sentyabrın 22-si saat 17:00-a təyin olunub.

Qeyd edək ki, “Recent Group” və “Area Alfa Group” MMC-lərin vəzifəli şəxslərinin vətəndaşların pullarını ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İttihama görə, həmin şirkətlərin direktorları olmuş Sevinc Əliyeva və Kamil Curayev çoxsaylı şəxslərə Avropa ölkələrində işlə təmin olunacaqlarını, həmçinin iş vizası alınmasına kömək göstərəcəklərini vəd ediblər.

İstintaq materiallarına əsasən, 171 nəfərin ümumilikdə 217 min manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyinə dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunub. Kamil Curayev barəsində həbs, Sevinc Əliyeva barəsində isə 46 nəfərə 55 min 700 manat ziyan ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.




Xəbərin oxunma sayı : 475




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap