“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Moskva ilə İrəvan arasında növbəti gərginlik: “Alen Simonyanın bəyanatı təxribatdır“

Tarix 29.08.26, 10:26

Font ölçüsü : - / +
bitmap-img6


Moskva ilə İrəvan arasında növbəti gərginlik: Alen Simonyanın bəyanatı təxribatdır

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkəsinin Rusiyadan gələ biləcək yeni miqrasiya dalğasını qəbul etməyə hazır olması barədə açıqlamasına reaksiya verib.

Rusiya XİN rəsmisi A.Simonyanın sözlərini təxribat kimi qiymətləndirib:

"Alen Simonyanın bəyanatını təxribat hesab edirik. Bu bəyanatlar mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz əməllərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar qatır".

Zaxarova bildirib ki, Simonyan "Dojd" televiziya kanalına müsahibəsində qərəzli və təxribat xarakterli sualın təsiri altına düşərək Rusiyada ehtimal olunan yeni səfərbərlik dalğası ilə bağlı əsassız iddialara uyub. Diplomat vurğulayıb ki, bu cür şayiələr Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edilib.

Rusiya XİN nümayəndəsi Yerevan rəsmilərinin Moskva ilə ikitərəfli əməkdaşlığa xələl gətirən açıq bəyanatlar vermək tendensiyasını davam etdirməsinə diqqət çəkib. O xatırladıb ki, Simonyan hələ 2026-cı ilin fevralında Rusiyaya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayırdı.

Mariya Zaxarovanın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurası katibinin son şərhləri Yerevanın "Qərbə və Kiyev rejiminə xidmət etmək" niyyətində olduğunu nümayiş etdirir.



Xəbərin oxunma sayı : 553




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap