Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisini vurdu - 10 nəfər öldü

Tarix 20.07.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ordusu iyulun 19-da Türkiyənin “Golden Leo” mülki gəmisinə üç raket zərbəsi endirib.

UNİAN xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində doqquz xarici heyət üzvü və bir ukraynalı losman olmaqla 10 nəfər həlak olub.

Mətbuat xidmətinin məlumatına görə, daha 7 nəfər yaralanıb.
Prokurorluq bildirib ki, hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi ilə (insan tələfatına səbəb olan müharibə cinayətləri) cinayət işi açılıb.

Ukrayna Dəniz Limanları Administrasiyasının məlumatına görə, qarğıdalı daşınması ilə məşğul olan və Qvineya-Bisau bayrağı altında üzən ticarət gəmisində ümumilikdə 17 heyət üzvü və 66 yaşlı ukraynalı losman olub.
Heyət üzvləri əsasən Suriya və Hindistan vətəndaşlarından ibarət olub.
Gəmi qarğıdalı yüklədikdən sonra Ukrayna limanından yola düşüb. Xarici gəmini dövlət müəssisəsinin “Delta-Pilot” filialının pilotu müşayiət edib.
Zərbədən sonra gəmidə yanğın baş verib. Axtarış-xilasetmə əməliyyatı gecə boyu davam edib. Gəmidəki yanğın lokallaşdırılıb. Səkkiz heyət üzvü xilas edilərək sahilə çıxarılıb.

Qeyd edək ki, gəmiyə hücum X-59/X-69 raketləri ilə həyata keçirilib. Zərbə gəminin sağ tərəfinə dəyib və yanğına səbəb olub. Sağ qalan dənizçilər Odessaya aparılıb.





Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap