Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Dövlət qurumu direktoru məhkəməyə verdi: Müəllimin maaşını azaldıbmış

Tarix 20.07.26, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin direktoru Güllü Rzayevanın qanunsuzluğuna görə məsələ məhkəməyə daşınıb.

AzFakt.com Modern.az-a istinadən xəbər verir ki, 2021-2024-cü illər ərzində məktəbdə çalışan müəllimin razılığı və imzası olmadan onun əməkhaqqı qanunsuz olaraq azaldılıb. Bərpa olunmalı öhdəlik yerinə yetirilmədiyi üçün fakt İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi üzrə (icrası məcburi olan göstərişin icra edilməməsi) qeydə alınıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğumuza cavab olaraq fakt təsdiqlənib. Bildirilib ki, xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən məktəbdə müəllimin əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılıb:

"Araşdırma zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəllimin əmək müqaviləsinə əməkhaqqı ilə bağlı edilmiş dəyişikliklərin onun razılığı və imzası olmadan rəsmiləşdirildiyi, nəticədə isə qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əməkhaqqı hesablanaraq ödənildiyi təsdiqini tapıb.

Müəyyən edilmiş pozuntu ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi qiymət verilib. Lakin pozuntunun baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə həmin pozuntu üzrə inzibati tənbeh tətbiq olunmayıb.

Eyni zamanda, işçinin pozulmuş əmək hüquqlarının bərpası məqsədilə işəgötürənə icrası məcburi olan göstəriş verilib. Göstəriş müəyyən edilmiş müddətdə icra edilmədiyindən məktəbin hüquqi şəxs, məsul şəxsin isə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq materiallar baxılması məqsədilə məhkəməyə göndərilib. Məsələ ilə bağlı yekun hüquqi qiyməti məhkəmə verəcək".

Dövlət qurumu direktoru məhkəməyə verdi: Müəllimin maaşını azaldıbmış





Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap