Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Vətəndaşlar istirahət üçün niyə xarici ölkələri seçirlər? - VİDEO

Tarix 19.07.26, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür. Bəziləri istirahətini dəniz kənarında, bəziləri isə dağların qoynunda keçirməyi üstün tutur. Təbii ki, fərqli ölkələrin mədəniyyətini və tarixini kəşf etmək istəyənlərin də sayı az deyil.

Vətəndaşlar mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

Onlardan biri bildirib: "Bölgələrimizlə müqayisədə xaricdə istirahət etmək daha ucuz başa gəlir. Bizim bölgələrdə qiymətlər yerli əhali üçün olduqca bahadır".

Digər bir sakin isə Türkiyəyə səyahəti daha sərfəli hesab etdiyini deyib: "Düşünürəm ki, Türkiyədə istirahət etmək bizim bölgələrlə müqayisədə həm daha sərfəli, həm də yeni atmosfer və tanışlıqlar baxımından daha maraqlıdır".

Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Babək Rüstəmov qiymətlər barədə bunları qeyd edib: "Şimal bölgələrimizdən Qubada qonaqlama və yemək xərcləri də daxil olmaqla, iki nəfərin iki günlük istirahəti təxminən 300-500 manat aralığında dəyişir. Xarici ölkələrə gəldikdə isə, səyahəti 3-4 ay öncədən planlaşdırdıqda, bir nəfərin xərci 800-1000 manat civarında olur".





Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap