Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Çevik iş rejimi modeli tətbiq ediləcək - VİDEO

Tarix 20.07.26, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə çevik iş rejimi modeli tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Qeyd olunub ki, planda 2026-2030-cu illər ərzində beynəlxalq təcrübə əsasında çevik iş vaxtı tətbiq ediləcək. Bu məqsədlə normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

Həmçinin əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi və əmək müqaviləsi əsasında çalışan şəxslərin sayının artırılması da  hədəflənib. İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlərin yaradılması da öz əksini tapıb. Qeyd olnub ki, məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır.  Bundan başqa, "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması nəzərdə tutulur. Məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələrlə bağlı bilik və bacarıqlarının artırılması və uyğun karyera imkanlarının genişlənməsidir.

Bununla yanaşı olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi də Tədbirlər Planında öz əksini tapıb. Bu istiqamətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların əmək bazarına qısa müddətdə inteqrasiya olunması məqsədilə aktiv məşğulluq tədbirlərinin sayının artırılması hədəflənib.

İqtisadçı Xalid Kərimli bildirir ki, bu məsələlər həm büdcə daxilolmalarına, vətəndaşların gələcəkdə sosial yığımlardan rahat istifadəsinə, həm də şirkətlərin daha səmərəli idarəetməsinə müsbət təsir göstərəcək.

Bundan başqa, Tədbirlər Planında ali və orta ixtisas təhsili proqramlarının tələbata uyğun olaraq yenilənməsi nəzərdə tutulur. Dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramı da hazırlanacaq. Dual peşə təhsili proqramına cəlb olunan tələbə sayının 1600 nəfərə çatdırılması da nəzərdə tutulub, əmək bazarında praktik bacarıqlara malik işçi qüvvəsi sayının artırılması hədəflənib.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, təhsil müəssisələrində tədris olunan ixtisas və fənlər işəgötürənlərin real ehtiyacları nəzərə alınmaqla yenidən qiymətləndiriləcək. Bu yanaşma məzunların əmək bazarına daha hazırlıqlı çıxmasına, işə qəbul imkanlarının artmasına və işəgötürənlərin ixtisaslı kadr çatışmazlığının qədər aradan qaldırılmasına xidmət edə bilər.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.




Xəbərin oxunma sayı : 757




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap