Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Taksidə bu hərəkəti edənlər, 40 manat cərimə olunacaq - XƏBƏRDARLIQ

Tarix 19.07.26, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Taksilərdə siqaret çəkilməsi ilə bağlı narazılıqlar son vaxtlar daha çox səslənir. Müzakirələr isə təkcə sərnişinlərin deyil, sürücülərin də avtomobildə siqaret çəkməsi və bunun digər sərnişinlərin rahatlığına təsiri ətrafında aparılır.

Bəs bu məsələdə məsuliyyət kimə düşür və taksilərdə siqaret çəkilməsi ilə bağlı qaydalar nə deyir?

AzFakt.com xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, avtomobildə siqaret çəkmək qadağandır:

“Taksi minik avtomobilində həm sürücünün, həm də sərnişinin siqaret çəkməsinə qanunvericiliklə icazə verilmir. İnzibati Xətalar Məcəlləsinə əsasən, taksidə siqaret çəkən sərnişin 40 manat məbləğində cərimə oluna bilər. Taksi fəaliyyəti ilə məşğul olan sürücü nəqliyyat vasitəsində siqaret çəkərsə, o, 50 manat məbləğində cərimə edilir”.

Ekspertin sözlərinə görə, məsuliyyət siqareti çəkən şəxsin üzərinə düşür:

“Siqareti sürücü çəkibsə, sürücü, sərnişin çəkibsə, sərnişin cərimələnir. Hətta sürücü sərnişinin razılığı ilə avtomobildə siqaret çəksə belə, bunu səlahiyyətli qurumun əməkdaşı aşkar edərsə, sürücü qanunvericiliyə uyğun olaraq cərimələnə bilər”.



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap