Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO

Tarix 20.07.26, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bağçanın işləməsini uzun müddətdir gözləyirlər.

Onların sözlərinə görə, bağça ilə eyni vaxtda inşa edilən 292 nömrəli tam orta məktəb artıq 4 ildir fəaliyyət göstərir. Lakin bağçanın hansı səbəbdən istifadəyə verilmədiyi barədə onlara hər hansı məlumat təqdim olunmayıb. Azyaşlı uşaqları olan valideynlər ərazidə dövlət bağçası olmadığı üçün övladlarını ya uzaq məsafədə yerləşən bağçalara aparmalı, ya da özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət etməli olurlar.

Valideynlər hesab edirlər ki, yeni tikilən dövlət bağçasının istifadəyə verilməsi həm ailələrin maddi yükünü azaldacaq, həm də məktəbəqədər təhsilə çıxışı asanlaşdıracaq.

Məsələni araşdıranda məlum oldu ki, sözügedən bağça hazırda heç bir qurumun balansında deyil. 346 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı zəruri prosedurlar yekunlaşdıqdan sonra müəssisə istifadəyə veriləcək.




Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap