Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

İspaniya ilkə imza atdı: İndiyədək heç bir ölkə bunu bacarmamışdı

Tarix 20.07.26, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


İspaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatının qalibi olmaqla futbol tarixinə düşüb.

AzFakt.com xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ABŞ-nin İst-Raterford şəhərində keçirilən finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Bu qələbə sayəsində İspaniya futbol tarixində eyni anda həm kişilər, həm də qadınlar arasında dünya çempionu tituluna sahib olan ilk ölkə olub. Qeyd edək ki, İspaniyanın qadınlardan ibarət millisi 2023-cü ildə keçirilən dünya çempionatının finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək çempionluq qazanmışdı.

İspaniya bu statusunu ən azı 2027-ci ilədək qoruyacaq. Qadınlar arasında növbəti dünya çempionatı Braziliyada keçiriləcək.

DÇ-2026 daha bir yeniliklə də yadda qalıb. Belə ki, dünya çempionu olan komandanın futbolçuları və məşqçilər heyəti ilk dəfə fərdiləşdirilmiş çempion üzükləri ilə mükafatlandırılacaq.

Üzüklərin bir tərəfində FIFA Dünya Kuboku, digər tərəfində isə qalib komandanın rəmzləri həkk olunacaq. Finaldan dərhal sonra İspaniya millisinin kapitanı və baş məşqçisinə müvəqqəti üzüklər təqdim edilib. Daha sonra qaliblər üçün xüsusi sifariş əsasında hazırlanacaq 30 üzük rəsmi mərasimdə sahiblərinə veriləcək.



Xəbərin oxunma sayı : 385




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap