“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar açıqlandı

Tarix 29.06.26, 17:27

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtından əvvəl müxtəlif məqsədlər üçün yararlanmasına hüquqi zəmin yaradılır.

Bəs analoji təcrübənin ölkəmizdə də tətbiq edilməsi nə dərəcədə realdır? Azərbaycanda mövcud olan pensiya modeli və qanunvericilik bazası vətəndaşlara öz yığımlarını vaxtından əvvəl, yaxud pensiya yaşı çatan kimi birdəfəlik götürməyə imkan verirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nəzəri olaraq belə bir sistemin tətbiqi mümkündür. Amma onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində bu, nəzərdə tutulmayıb. Müsahibimiz bildirib ki, Azərbaycan fərqli bir pensiya sistemini əsas götürüb - həmrəylik prinsipi:

“Yəni indiki işləyənlər hazırda pensiyada olan şəxslərin pensiyasını ödəyirlər. Çatışmayan vəsait isə dövlət büdcəsindən qarşılanır. Ölkədəki mövcud vəziyyət belədir ki, hazırda işləyənlərin pensiya fonduna etdiyi rüsumlardan tutulan məbləğlər indiki pensiyaçıların pensiyasını tam təmin etməyə çatmır. Qalan hissəni dövlət özü ödəməlidir. Ona görə də hələ bizdə elə bir dayanıqlı pensiya sistemi və pensiya artıqlığı (profisiti) yoxdur ki, kimsə pensiyaya çıxmamışdan qabaq öz pensiyasını geri götürə bilsin".

Xalid Kərimli: İndiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da

Ekspertin dediyinə görə, gələcəkdə alternativ modellərin yaradılması planlaşdırılır:

"Hazırda "Özəl pensiya fondları haqqında" qanunun çıxarılması barədə fikirləşirlər. Kim istəyirsə, əlavə ödəniş eləməklə gələcəkdə bu fondlardan yararlana biləcək. Hələ ki qanun qüvvəyə minməyib. Yalnız o zaman özəl pensiya fondlarında, pensiyaya çıxmamışdan qabaq vəsaitin idarə olunması ilə bağlı müəyyən şərtlər qoyula bilər”.

“Şəxs dünyasını dəyişəndə vəsaitin varisliyə keçməsi və ya pensiyaya çıxanda indiki sistemdən fərqli olaraq daha çevik şəkildə istifadə edilməsi mexanizmləri reallaşa bilər. Lakin indiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da", - deyə Xaliq Kərimli əlavə edib.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap