“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Atlant” sahibinin yenidən həbsi tələb olundu - Cinayət dosyesi

Tarix 12.06.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan və yüzlərlə vətəndaşın taleyi ilə bağlı olan “Təbriz” MTK işi üzrə növbəti məhkəmə iclaslarında zərərçəkmişlərin mövqeyi daha da sərtləşib. Onlar israrla cinayət işinin məhkəmə baxışından çıxarılaraq əlavə araşdırma üçün yenidən ibtidai istintaqa qaytarılmasını tələb edirlər.

Musavat.com xəbər verir ki, zərərçəkmişlər deyirlər ki, iş üzrə bir sıra mühüm məqamlar tam araşdırılmayıb, onlardan alınan milyonlarla vəsaitin hərəkət istiqaməti barədə bütün suallara cavab verilməyib və hadisələrin əsl iştirakçıları istintaqın diqqətindən kənarda qalıb.

Məhkəmə prosesində səsləndirilən vəsatətlərdə əsas tələblərdən biri də “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun istintaqa cəlb olunmasıdır. Zərərçəkmişlər hesab edirlər ki, iş materiallarında adı dəfələrlə hallanan, məhkəmə iclaslarında haqqında müxtəlif ifadələr verilən Tahir Qədəşovun fəaliyyəti ayrıca araşdırılmalıdır. Əslində bu tələb ilk dəfə səsləndirilmir. Məhkəmə araşdırmalarının əvvəlki mərhələlərində də zərərçəkmişlər və onların nümayəndələri dəfələrlə Tahir Qədəşovun cinayət işi çərçivəsində hüquqi statusunun müəyyənləşdirilməsini istəyiblər. Onların iddiasına görə, vətəndaşlardan toplanan milyonlarla manat vəsaitin bir hissəsinin hansı istiqamətlərə yönəldildiyi tam araşdırılmayıb. Bu səbəbdən də işin yalnız Nofəl Hacıyev və digər təqsirləndirilən şəxslərlə məhdudlaşdırılmasının həqiqətin üzə çıxarılmasına mane olduğu bildirilir. Zərərçəkmişlər hesab edirlər ki, əlavə istintaq aparılmadan və bütün əlaqələrin araşdırılması təmin edilmədən iş üzrə obyektiv nəticəyə gəlmək mümkün deyil.

Prosesin gedişində diqqət çəkən məqamlardan biri də budur ki, zərərçəkmişlər artıq təkcə dəymiş ziyanın ödənilməsini deyil, həm də iş üzrə bütün məsul şəxslərin müəyyən olunmasını tələb edirlər.
Onların fikrincə, cinayət işi məhkəmə mərhələsinə göndərilməzdən əvvəl daha geniş araşdırma aparılmalı, vəsaitlərin hərəkət marşrutu tam müəyyən edilməli və bu prosesdə iştirak etmiş bütün şəxslərin rolu hüquqi qiymətləndirilməlidir. Məhkəmə prosesində qaldırılan vəsatətlərə münasibət və digər məsələlərin müzakirəsi növbəti iclaslarda davam etdiriləcək. İş üzrə növbəti məhkəmə iclası mayın 21-nə təyin olunub. Həmin iclasda həm zərərçəkmişlərin vəsatətlərinin, həm də müdafiə tərəfinin mövqeyinin yenidən müzakirə ediləcəyi gözlənilir.

İstintaq materiallarına görə, Nofəl Hacıyev 2018–2022-ci illərdə rəhbərlik etdiyi “Təbriz” MTK vasitəsilə eyni mənzillərin bir neçə şəxsə satılması və digər sxemlərlə 171 vətəndaşdan ümumilikdə 14 milyon manatdan artıq vəsait əldə etməkdə ittiham olunur. Onunla birlikdə şirkətin icraçı direktoru Talış Məhəmmədov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap