Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran 5 ölkəyə Hörmüzdən keçməyə icazə verdi - “Dost ölkələr” hansılardır?

Tarix 26.03.26, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


İran Rusiya, Çin, Hindistan, İraq və Pakistan tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib. 

Bu barədə İran Xarici İşlər naziri Abbas Əraqçi bəyanat yayıb.

"Dost ölkələrimiz kimi müəyyən etdiyimiz bəzi ölkələrə Hörmüz boğazından keçməyə icazə verdik; Çin, Rusiya, Hindistan, İraq və Pakistana tranzit icazəsi verilib. Düşmənimizin Hörmüz boğazından keçməsinə icazə vermək üçün heç bir səbəb yoxdur", - deyə o bildirib.

Göründüyü kimi, siyahıda Türkiyə başda olmaqla, regionun digər müsəlman ölkələrinin də adı yoxdur. 

O əlavə edib ki, "Bu, İranın müharibəsi deyil, Amerikanın da müharibəsi deyil": "Əksinə, İsrail ABŞ-ni buna sövq etdi. ABŞ İsrailin təhlükəsizliyinə üstünlük verir və onun bölgədəki bazaları Təl-Əvivi qorumaq üçün nəzərdə tutulub. Vaşinqton İsrailin təhlükəsizliyi üçün hər şeydən imtina etməyə hazırdır".

Əlavə edək ki, ABŞ İranın özünün Hörmüz boğazından neft daşımasının qarşısını almır. Həmçinin, Rusiyanın üzərindən neft satışı ilə bağlı sanksiyaları götürüb. Bütün bunlar İrana qarşı hərbi əməliyyata qərar verən Trampın “dahiliyindən” və dünya bazarında neftin bahalaşması qorxusundan irəli gəlir.



Xəbərin oxunma sayı : 439




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap