Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?

Tarix 24.03.26, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında təklif olunur ki, ölkədə heyvanların kəsilməsi üçün yaş həddi müəyyən edilsin. Qeyd olunur ki, son illərdə Azərbaycanda iri və xırdabuynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Bildirilib ki, dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır.

Hesabatda bildirilir ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı"nın layihəsində iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və hazırlanması tədbirləri nəzərdə tutulub.

Vurğulanıb ki, iri və xırdabuynuzlu heyvanların erkən yaşda və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

Görəsən, sözügedən addımın atılması ölkədəki ət satışına necə təsir edəcək?

Qida üzrə ekspert Seymur Qafarov Oxu.Az-a açıqlamasında qeyd edib ki, ət kəsimi ilə bağlı normaların müəyyənləşdirilməsi qısa dövr üçün ölkədə ət çatışmazlığı yarada bilər.

O bildirib ki, məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldacaq:

"Maliyyə dövriyyəsi az olan fermalara tələbat azalacaq. Bu da qısamüddətli dövr üçün böhran yarada bilər. Lakin heyvanlar böyüdükdən sonra xam ətin mövcudluğu bu problemi azaldacaq. Həmçinin damazlıq heyvanlara əlçatanlıq da yaxşılaşacaq. Lakin ümumiləşdirsək, bu addım qısamüddətli dövrdə mal və qoyun ətinin qiymətində artıma gətirib çıxaracaq. Artımın qarşısını almaq üçün bir neçə təklif vermək olar. Öncəliklə, idxalı artırmalıyıq. Bu sahə ilə məşğul olan fermalara subsidiya və dəstək mexanizmləri yaradılmalıdır. Erkən yaşda kəsilən heyvanların insan sağlamlığına ziyan olması ilə bağlı məsələ isə bir az mübahisəlidir. Potensial risklər ola bilər. Erkən yaşda kəsilən heyvanda qida dəyəri, minerallar az, yağ və əzələ strukturunda isə fərqliliklər mövcuddur. Bu da keyfiyyətə təsir edə bilər".
Ətraflı
Ad - 00:20

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, qoyun ətindəki qida dəyəri quzu ətinə nisbətən daha çoxdur.

Ekspert qoyun ətinin yağlılıq dərəcəsinin yüksək olduğunu deyib:

"Əvvəlcə qeyd etmək lazımdır ki, bir çox insanda xroniki qan təzyiqi mövcuddur ki, belə şəxslər yağlı ət yeməsələr, daha yaxşıdır. Onlar quzu ətinə üstünlük verməlidirlər. Quzu əti həzminə görə qoyun ətindən yüngül hesab olunur. Erkən kəsilən heyvanın qida dəyəri və zülalı daha azdır. Lakin ümumi mənada məsələyə yanaşsaq, erkən yaşda heyvan kəsimi qiymətlərin artmasına səbəb olacaq. Ətin miqdarı azaldıqca ona olan tələbat artacaq. Həmçinin ət kəsiminə nəzarət gücləndirilməlidir. Bəzən süni yemləmə ilə heyvanları daha böyük göstərməyə çalışırlar ki, bu da doğru yanaşma deyil".

Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Cəfər İbrahimli isə Oxu.Az-a açıqlamasında bildirib ki, adətən iribuynuzlu heyvanlar erkən yaşda kəsilmir.

C.İbrahimli qeyd edib ki, vətəndaşlarımızın ağız dadı daha çox az çəkidə olan xırdabuynuzlu heyvanlara uyğundur:

"Məsələyə fermerlər aspektindən baxdıqda isə həmin heyvanları saxlamağa daha az vaxt və xərc sərf olunur. Burada söhbət əsasən erkək cinsli xırdabuynuzlu heyvanlardan gedir. Çünki dişi quzular vaxtından əvvəl satışa getmir. Dişilər damazlıq olduğu üçün saxlanılır, bəlli yaşdan sonra bala verirlər. Erkək quzular isə bəlli müddətdə saxlanılır və satılır. Bu, daha çox regionumuzla bağlıdır. Böyük təsərrüfatlar adətən mayda yaylağa gedir. Ferma sahibləri bir çox hallarda erkək quzuları yaylağa aparmaq istəmirlər və onları satırlar. Qeyd olunan məsələ tətbiq olunsa, o zaman praktik cəhətdən problem ortaya çıxacaq. Belə ki, bütün təsərrüfatlardakı heyvanlar tək-tək qeydiyyata alınmayıb. Onlara nəzarət etmək çətin olacaq. Dünya praktikasında da belə məhdudiyyətlərə az rast gəlinir. Qadağalardansa, maarifləndirmə tədbirləri aparılsa, daha yaxşı olar".



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap