Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Balakəndə Yeni Şərif kəndinin yolu bərbad vəziyyətdədir - VİDEO

Tarix 25.03.26, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Balakənin Yeni Şərif kəndinin sakinləri uzun illərdir yolun bərbad olmasından əziyyət çəkirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, yaxın kəndlərin əksəriyyətində yolların heç olmasa bir hissəsi asfalt örtüyü ilə təmin olunsa da, Yeni Şərifdə vəziyyət tamamilə fərqlidir. Kəndin təxminən 2 kilometrlik əsas yolu bu günə qədər heç asfaltlanmayıb.

Sakinlərin sözlərinə görə, bu problem illərdir davam edir və gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirir. Məsələ dəfələrlə yerli qurumların diqqətinə çatdırılıb. Müxtəlif vaxtlarda aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, hər dəfə yalnız vədlər verilib, lakin indiyədək asfaltlama işi aparılmayıb.

Bundan əlavə, kəndə aparan əsas yolun təxminən 1 kilometrlik hissəsindəki mövcud asfalt örtüyü də artıq yararsız vəziyyətə düşmək üzrədir. Asfaltın qopması və çatların yaranması yaxın zamanda bu hissənin də tamamilə sıradan çıxacağı riskini yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən yolla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub ki, dövlət investisiya proqramına daxil edilsin. Proqram çərçivəsində gələcəkdə həmin yolun təmiri nəzərdə tutulur.






Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap