Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nadir adam...

Tarix 25.03.26, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


O, bu dünyaya rejissor olmaq üçün gəlib. Onu bəzən əlində qələm ssenari yazan, bəzən gördüklərini  kameranın yaddaşına köçürən, ya da kompüter arxasında çəkilənləri ipə, sapa düzürmüş kimi zərgər dəqiqliyi ilə işləyən gördük. O, bu yaşa nə vaxt gəlib çatdığını özü də bilmir. Çünki, dağda-daşda, kənd, kənd, el, el, oba, oba dolaşmaqdan yaşını belə xatırlamır. Ruhən cavan, qəlbən uşaq qədər yumşaq və saf olan Nadir Diridağlı. Televiziya məkanında onu tanımayan çox az adam tapmaq olar. Hamıya əl tutan, gəncləri öz balaları qədər sevən, onlara yol göstərən,  Nadir... 

Bəzən ona baxanda, onunla söhbət edəndə düşünürsən ki, rejissor olmasaydı kim ola bilərdi, Nadir. Amma  məncə  elə yenə rejissor olardı... 
Təpədən dırnağa rejissor adam...

Nadir Diridağlı qırx ildən  artıqdır ki, televiziya rejissorudur. Yaradıcılıq yoluna rejissor köməkçisi kimi, başlıyan Nadir zəhməti və istedadı ilə baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, müxtəlif  sənədli və bədii filmlərə, televiziya tamaşalarına, saysız, hesabsız verlişlərə quruluş verib. 
O, həm də televiziya sahəsində neçə-neçə  gənc kadrları yetişdirən böyük ustad, sevimli müəllimdir.

Nadir Diridağlı Araz çayının sahilində, qədim Xudafərin körpüsünə söykənən  Cəbrayılın  Dərzili kəndində sadə və zəhmətkeş bir ailədə doğulub. 
O,  həm də qayğıkeş ailə başçısı, həyat yoldaşı, övladlarına nümunə bir atadır.
 Həyat yoldaşı da jurnalistdir və bu yaradıcı ailənin 2 övladı var. 
 OğlanlarıTural hüquqşünasdır,  Fransada fəaliyyət göstərir, Nihal isə djitıl marketinqdir, Amerikada yaşayır.

Nadir Diridağlını tanıyan hər kəs onu həm də mehriban, səmimi və sədaqətli bir dost kimi tanıyır. Onun sadəliyi, təvazökarlığı və insanlara olan hörməti həm dostları, həm də həmkarları arasında ona xüsusi rəğbət və ehtiram qazandırıb.
Bu illər ərzində onun ən böyük sərvəti insanların qəlbində qazandığı hörmət və sevgidir.

Nadir təvazökar bir insandır. O, sənətdə çəkdiyi bunca zəhmətə baxmayaraq, heç vaxt şan-şöhrət arxasınca qaçmayan, ad-san axtarmayan nadir insanlardandır. Onun üçün əsas olan insan sevgisi, dostluq və dəyərdir.
Nadir Diridağlı heç vaxt doğum günlərini xüsusi təntənə ilə qeyd etməyi sevməyən, sadəliyi və sakitliyi üstün tutan insandır.

Çünki zaman keçdikcə adlar unudula bilər, səslər səngiyər, amma insanların qəlblərində qoyduğumuz iz silinməz və əbədi yaşayır.

Bu gün 65 yaşın astanasında olan  Nadir Diridağlını səmimi qəlbdən təbrik edir, ona  can sağlığı, uzun ömür və yeni-yeni  uğurlar arzulayırıq. Qoy, onun ömür yolu bundan sonra da sənətə, insanlığa və dostluğa xidmət edən işıqlı yol olaraq davam etsin.
Yüz Yaşa Nadir Adam.

Ceyhun Şüküroğlu.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap