Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - VİDEO

Tarix 25.03.26, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nərimanov rayonu, Nadir Əliyev küçəsində dövlət qeydiyyat nişanı olmayan avtomobillər parklanma yerlərini zəbt edib. Nadir Əliyev küçəsində apardığımız çəkiliş zamanı onlarla belə nəqliyyat vasitəsinin günlərlə burada saxlanıldığı məlum oldu.

Xezerxeber.az-ın məlumatına görə, əsasən biznes mərkəzlərinin yerləşdiyi bu ərazidə boş park yeri tapmaq müşkülə çevrilib. Səbəb isə bəzi şəxslərin bu küçəni faktiki olaraq "açıq səma altında avtosalona" çevirməsidir.

Elə çəkiliş zamanı Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək dərhal tədbirlərə başlayıb. Qanunsuz park edilən, nömrəsi çıxarılan maşınlara protokollar tərtib edilib, bəziləri isə evakuatorla duracağa aparılıb.

Ərazidəki xaotik vəziyyətin qarşısının alınması üçün tədbirlər davam etdirilir.  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə və hüquqi şəxslərə xəbərdarlıq edib:

Qeyd edək ki, Nadir Əliyev küçəsində nizam-intizam bərpa edilsə də, bu cür profilaktik tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Məqsəd bənzər halların qarşısını birdəfəlik almaq və hər bir hərəkət iştirakçısının rahatlığını təmin etməkdir.





Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap