Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: Şirkət, evlər, maşınlar

Tarix 25.03.26, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət xəzinəsinə "Sipayn Resort” şirkəti də daxil olmaqla, eyniadlı kurortun tikintisini həyata keçirən müəssisə, eləcə də biznesmenin şəxsi əmlakı mənzil, ev və avtomobillər keçib.

İş adamının şəxsi əmlakı təxminən 300 milyon rubl dəyərində qiymətləndirilib.

Aktivlərin müsadirəsi kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib. Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir.

İş materiallarında qeyd olunur ki, Şahlar Novruzov formal olaraq "Sipayn Resort” MMC-nin sahibi deyil. Lakin hüquq-mühafizə və nəzarət orqanlarına məlumdur ki, kurortun tikintisi onun birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu hal biznesmenin nəzarətində olan aktivlərə yönəlik müsadirə qərarının verilməsinə əsas olub.

"Sipayn Resort” kurortu Tuapse rayonunun dənizkənarı Sosnovıy qəsəbəsində yerləşir. Layihənin tikintisi dəfələrlə təbiəti mühafizə prokurorluğu və Rosprirodnadzor tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib: su mühafizə zonasında qanunsuz tikinti, təmizlənməmiş tullantı sularının axıdılması və yaşıllıqların məhv edilməsi kimi hallar müəyyən olunub.

Məhkəmənin aktivlərin müsadirəsi barədə qərarı son illərdə regionda ekoloji ziyanın ödənilməsi ilə bağlı ən iri işlərdən biri hesab olunur. Qeyd olunur ki, müsadirə edilmiş əmlak Rusiya büdcəsinə yönəldiləcək və sonradan tikinti aparılan ərazidə ətraf mühitin bərpası xərclərinin qarşılanmasına sərf ediləcək.



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap