Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

AQC sədri Belarusda - CED rəhbəri Svetlana Petrovna ilə görüşüb

Tarix 25.03.26, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Belarusun aparıcı qiymətləndirmə qurumları arasında beynəlxalq əməkdaşlığın yeni mərhələsinə start verilib. AQC İdarə Heyətinin sədri Vüqar Orucun Belarusa işgüzar səfəri çərçivəsində Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının (CED) sədri, tanınmış ekspert Svetlana Petrovna Yuryenya ilə mühüm görüşü baş tutub.

Görüş zamanı tərəflər iki ölkənin qiymətləndirmə bazarlarındakı mövcud vəziyyəti təhlil edərək, peşə standartlarının unifikasiyası və rəqabətədavamlı xidmət mühitinin formalaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Svetlana Yuryenya Avrasiya İqtisadi İttifaqı (EAEİ) çərçivəsində vahid qiymətləndirmə bazarının yaradılması prosesindəki təcrübəsini bölüşərək, Azərbaycanlı həmkarları ilə bu istiqamətdə birgə fəaliyyətin hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd edib.
Müzakirələrin məntiqi davamı olaraq, 2024-cü ildə AQC ilə CED arasında imzalanmış ikitərəfli əməkdaşlıq memorandumunun müddəalarından irəli gələn praktiki addımlar nəzərdən keçirilib.

Səfər çərçivəsində AQC rəhbərliyi 2026-cı ilin iyun ayında Minsk şəhərində keçirilməsi planlaşdırılan nüfuzlu beynəlxalq qiymətləndirmə forumuna rəsmən dəvət olunub.

Qeyd edək ki, Svetlana Petrovna Yuryenya Belarusun Sahibkarlığın İnkişafı Şurasının üzvü və Qiymətləndirmə Təşkilatları Assosiasiyasının rəhbəridir. O, peşəkar fəaliyyəti boyunca ölkəsində qiymətləndirmə standartlarının işlənib hazırlanmasında və ictimai-siyasi proseslərdə aktiv iştirakı ilə seçilib.



Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap