| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
Tarix 26.03.26, 18:55 |
|
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.
AzFakt.com Report-a istinadən xəbər verir ki, hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bəyan etdi ki, baş verən eskalasiya həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoq masasına qayıtmağa çağırdı.
Hava zərbələrinin növbəti günü Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu göndərdi. Məktubda İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin “faciəli ölümü” ilə bağlı kədər ifadə olunub. Daha sonra Prezident İ.Əliyev bu ölkənin Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə başsağlığı verdi.
Xronoloji ardıcıllıqla göstərdiyimiz bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. XİN-in bəyanatı isə Azərbaycanın münaqişədə tərəf tutmaqdan qəti şəkildə imtina etdiyini göstərir. Rəsmi Bakı bilir ki, qonşuluqda İran kimi böyük bir dövlətin hərbi, iqtisadi, eləcə də humanitar böhran yaşaması region üçün təhlükədir və bunun fəsadları Azərbaycana da toxuna bilər. Ona görə də bu reaksiya və bəyanatlara həm də milli maraqların qorunması aspektindən baxılmalıdır.
.jpg)
İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addım, diplomatik gedişdir. Azərbaycan yuxarıda vurğulanan bəyanat və açıqlamaların yalnız sözdə olmadığını, müstəqil xarici siyasət yürütdüyünü, heç bir hərbi bloka qoşulmadığını əməldə də göstərmiş oldu. Eyni zamanda, bu yanaşma həm də dünyaya “Mən qonşuluqda baş verən yanğını söndürən tərəfəm” mesajı sayılmalıdır. Digər tərəfdən, rəsmi Bakının bu addımı Azərbaycanın regionda tək iqtisadi yox, o cümlədən mənəvi və siyasi sabitləşdirici rolunu da ortaya qoymuş oldu.
Qeyd etmək yerinə düşər ki, beynəlxalq münasibətlər sistemində ilk yardımı göstərən ölkə həmişə gündəmi də müəyyənləşdirir. Azərbaycan bununla mesaj ötürür ki, regiondakı prosesləri kənardan izləmir, hadisələrin mərkəzindədir və humanitar böhranlara qarşı səyləri birləşdirməyə hazırdır. Azərbaycanın bu cəsarətli addımı digər regional oyunçular üçün də bir yol xəritəsi oldu və gərginliyin “total müharibə” fazasından çıxarılmasına psixoloji təsir göstərdi.
İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, göndərilən yardım karvanları Bakının “realist qonşuluq” modelini təsdiqlədi. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Əlavə edək ki, 18 mart tarixində Prezident İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardımın göndərilməsi ölkə rəhbərinin bu məsələyə xüsusi önəm verdiyini təsdiqləyir. Yəni Azərbaycanın yardımı simvolik jest deyil və həqiqətən də real ehtiyacları qarşılamaq məqsədini güdür. Bununla yanaşı, müharibə və hava hücumları şəraitində yardım karvanlarını təşkil edib mənzil başına çatdırmaq Azərbaycanın fövqəladə halların idarə edilməsi və logistik imkanlarının yüksək səviyyədə olduğunu göstərdi.
Rəsmi Bakının bu yanaşması həm də yerləşdiyi geosiyasi mövqedən yalnız bölgənin rifahı üçün istifadə etməyə çalışdığı faktını qabardıb. Məhz bu siyasətin sayəsində mart ayında Rusiya da Azərbaycan ərazisindən İrana üç dəfə humanitar yardım göndərib.
.jpg)
Baş verənlər həmçinin Azərbaycanın müstəqil xarici siyasətinin növbəti təzahürüdür. Yəni Azərbaycan öz ərazisini humanitar yardımlar üçün “açıq dəhliz” elan edərək göstərir ki, sadəcə enerji və yük daşımaları üçün tranzit nöqtəsi deyil, həm də regional təhlükəsizlik və humanitar həmrəylik üçün də əvəzolunmaz bir körpü rolunu oynayır. Bu zaman ABŞ və İsraillə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri də Azərbaycanın Rusiya və İranla qonşuluq siyasətinə mane olmur.
Əlavə edək ki, bu addımı ilə Bakı həm Qərbin, həm də regionun hərbi bloklarının qarşısında öz suverenliyini və neytrallığını qorumaqla bütün dünyaya “hərbi əməliyyatların tərəfdarı olmadığını, lakin sülhün bərpası, insan həyatının xilası üçün bütün imkanlarını səfərbər etdiyi” mesajını çatdırır. Beləliklə, Azərbaycan logistik imkanlarını mənəvi-siyasi üstünlüklə birləşdirərək, öz təhlükəsizlik buferini yaratdı və regionun xaosa sürüklənməsinin qarşısını alan əsas moderatorlardan birinə çevrildi.
Əlavə olaraq söyləmək lazımdır ki, Azərbaycanın bu addımları uzun müddət Bakı-Tehran münasibətlərinə xələl vurmaq istəyən bir sıra qüvvələrə də sərt sillə kimi dəydi. Məsələn, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhani, iranlı ekspert Ehsan Movahedian kimi fiqurların uzun müddət Azərbaycana, İranla birgə layihələrə, Zəngəzur dəhlizinə qarşı apardıqları qarayaxma kampaniyası, Azərbaycanı regional təhdid, “sionizm qalası” kimi təqdimatları tamamilə alt-üst oldu. Sübhani kimilərin saxta və çürük “Azərbaycan öz ərazisini İrana qarşı hərbi plasdarm olaraq istifadə edilməsinə imkan verir” məzmunlu boş tezisləri iflasa uğradı.
.jpg)
İranın Ermənistandakı keçmiş səfirindən söz düşmüşkən, maraqlıdır ki, başqa vaxt bu ölkəni özünün dostu və strateji müttəfiqi adlandıran Ermənistan özünün “dost səmimiyyəti”ni bu gün nümayiş etdirməkdən açıq-aşkar çəkinir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərdiyini desə də, bunu gizli saxlamağa çalışması, əslində, bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir.
Digər tərəfdən, Azərbaycanın nümayiş etdirdiyi mövqe tamamilə fərqli dövlətçilik məktəbinin təzahürüdür. İranın Ali Rəhbərinin öldürülməsindən sonra ilk olaraq bu ölkənin səfirliyinə gedən və başsağlığı verən liderin məhz Prezident İlham Əliyev olması sadəcə diplomatik protokol deyil, həm də ciddi örnək sayılacaq cəsarət nümunəsidir. Azərbaycan bu addımı ilə dünyaya bəyan etdi ki, bizim qonşumuzla olan münasibətimiz üçüncü tərəflərin maraqlarından və ya qlobal güclərin yanaşmasından asılı deyil. Bu, suverenliyin və real qonşuluq hüququnun ən ali formasıdır.
Eyni addımı biz nə Ermənistan rəhbərliyindən, nə də o ölkənin hər hansı rəsmi şəxslərindən gördük. Baş nazir Paşinyan və Ermənistan prezidentinin Xameneinin ölümünə görə başsağlığı verməməsi isə bir daha sübut edir ki, İrəvan-Tehran münasibətləri səmimi deyil, İran uzun illər əbəs yerə Ermənistan üçün nəfəslik rolunu oynayıb. Əvəzində isə bu gün başsağlığı məsələsində sükut və gizli yardımla bağlı Mirzoyanın bəyanatına “nail olub”.
.jpg)
Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi “dost dar gündə tanınar” və “tarix ən böyük hakimdir” fikirlərinin bariz sübutudur. Bu, sadəcə bir humanitar dəstək deyil, həm də illərdir aparılan qara piar kampaniyasına verilən ən tutarlı cavab oldu. Baş verənlər göstərdi ki, bu gün İran üçün ən etibarı, ən təhlükəsiz və şəffaf, ən stabil sərhəd məhz Azərbaycanla olan sərhəddir.
Bu, həm də artıq yeni bir etimad xəritəsinin yaranacağından xəbər verir. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı. Ermənistan isə qorxaq sükut və açıqlamadığı “gizli yardım”la yadda qaldı. Ehtimal etmək olar ki, rəsmi Tehran növbəti mərhələdə dost və tərəfdaşlarını yenidən qiymətləndirərkən bu məqamları nəzərə alacaq...
Xəbərin oxunma sayı : 1534
Analiz
Xəbərlər
-
Əli Əsədov İqtisadi Şura üzvlərini yenə topladı - Nələr müzakirə edilib?
-
Mərkəzi Neftçilər Xəstəxanası hər kəsin inam və şəfa ünvanı - FOTOLAR
-
Azərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHI
-
İran Hörmüz boğazını ABŞ ilə müharibə bitdikdən sonra açacaq - Xameneinin nümayəndəsi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri görüşüb - Fotolar
-
“Türkiyəyə və türk millətinə minnətdarıq“ - Pezeşkian
-
Yaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək - XƏBƏRDARLIQ
-
“Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır“ - MEDİA
-
Böyük Britaniya Rusiyanı “gizli əməliyyat”da ittiham etdi - Nüvə sualtı qayığı təşviş yaradıb
-
133 milyon kapitalı olan şirkətin fəaliyyət göstərdiyi obyekt müsadirə olundu - Fotolar
-
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif edib - SƏRƏNCAM
-
Bakıda fitnes-klublarda yoxlamalar - Qanunsuz satışlar üzə çıxdı
-
Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank”dır - Siyahı
-
Nadir Bayramlı ilə Rühəngiz Allahverdiyeva evli olub? - AÇIQLAMA
-
İstilik təchizatı şəbəkələri üzrə yeni tələblər təsdiqlənib - QƏRAR
-
Bakıda 16, rayonlara 20 dərəcə aisti olacaq - Sabahın havası
-
Siyasi partiyalar işçilərinə nə qədər əməkhaqqı verir? - Tam siyahı
-
Putin xüsusi nümayəndəsini Vaşintona göndərdi - Yeni danışıqlar başlayır
-
“Azercell” müştərilərinə tələ qurur - Aldadıb 60 manatlıq tarifə qoşur
-
Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - Yeni təyinat
-
“İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər“ - Migel Dias-Kanel
-
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTOLAR
-
Nərimanov Tibb Mərkəzində əməkhaqqı narazılığı - Qurumlar məsuliyyətdən yayınır?
-
“Putin və Trampın hərəkətlərindən bezmişəm“ - Starmer
-
“Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib“ - Məleykə Abbaszadə
-
Bələdiyyə sədrinin yalanı üzə çıxdı - 13 hektar sahə...
-
“Mənzil yoxdur“ bəhanəsi tikinti şirkətini məsuliyyətdən azad etmir - Ali Məhkəmə
-
Türkiyədə CHP-nin Mersin Yenişehir Bələdiyyəsinə qarşı əməliyyat - 30 nəfər saxlanılıb
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlandı - SİYAHI
-
Azərbaycan nefti 5 dollara yaxın bahalaşdı - Yeni qiymət
-
Sabunçu-Zabrat şossesində sürücülərə təhlükə - VİDEO
-
Tam taxıl çörəyi yeyəndə bədəninizdə nə baş verir? - Mütəxəssis açıqladı
-
Xameneidən sərt mesaj: “Kompensasiya tələb edəcəyik“
-
“Avropa ABŞ olmadan NATO daxilində öz təhlükəsizlik sistemini qurmalıdır“ - Meloni
-
UEFA Avropa Liqası: 1/4 final mərhələsinin ilk oyunları keçirilib
-
Satışa çıxarılan lavaşların müxtəlifliyi ilə bağlı araşdırma - VİDEO
-
Maşınların kanalizasiya quyusuna düşməməsi üçün bunu edirlər - VİDEO
-
Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır - XƏBƏRDARLIQ
-
Adı efir qadağasında hallanan Aysun rəqsi və geyim ilə müzakirə yaratdı - VİDEO
-
Koxalski yeni mövsümə harada başlayacaq? - Rəhbərliyin qərarı bəlli oldu
-
Motosiklet və moped sürücüləri ilə bağlı təhlükəli statistika - VİDEO
-
Tovuzda sığınacağa yerləşdirilən 3 azyalı diləndirilirmiş - Qonşular danışdı (VİDEO)
-
Ramanada dayanacaqların yerinin dəyişdirilməsi narazılıq yaratdı - VİDEO
-
Son günlər yağan aramsız yağış İçərişəhərin qala divarlarına da ziyan vurdu - VİDEO
-
Meloni Trampdan uzaqlaşır: İtaliya hökumətinin Avropa planı
-
“Xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir“ - Prezident
-
Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI
-
Prokurorluq orqanlarında hansı yeniliklər tətbiq qolunur? - VİDEO
-
İraq vətəndaşı xizəklə Azərbaycandan Rusiyaya keçmək istədi - Həbs olundu
-
Növbəti üçtərəfli görüşlər olacaq - Zelenski açıqladı
-
Azərbaycanın büdcə gəlirləri azalıb - Neft isə bahalaşır
-
İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək - Adlar
-
“Nə obyektim, nə də bir qarış torpağım var” - Deputat (VİDEO)
-
Bakının bu küçələri iki gün bağlı olacaq - Xəbərdarlıq
-
“Şinkar Holding“də böhran: Ələsgər Mehdiyevin külli miqdarda borcu var
-
Abituriyentlərə sürpriz: Tələbə qəbulu yalnız bu qaydada aparılacaq
-
“İslam dünyasının 2 əbədi düşməni var...“ -Xavaca Asif
-
Siyasi partiyalar maliyyə hesabatlarını açıqladılar - Tam siyahı
-
Azərbaycan və Pakistan XİN başçıları telefonda danışıb - Müzakirə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident ona general rütbəsi verdi - Yeni təyinat
-
Nigar Rüfətin qanunsuz fəaliyyəti üzə çıxdı, amma pasiyent qəbul edir – Nazirlik niyə susur?!
-
Dünyanın ən böyük ordularına malik ölkələr açıqlandı - SİYAHI
-
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
-
Xarici valyutanın satışı alışını üstələdi: Artıq dolları manata çevirirlər (VİDEO)
-
Bu şirkətlər 6 ay tenderlərdə iştirak edə bilməyəcəklər - Adlar
-
“İsrailin Livana hücumları ABŞ-İran atəşkəsini təzyiq altına qoyur“ - Kallas
-
Ehtiram Quliyev bu çıxışına görə cərimələndi - 15000 manat (VİDEO)
-
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
-
“Putin hələ ki, Ukrayna ilə Pasxa atəşkəsi haqqında qərar verməyib“ - Kreml
-
“Yeni Klinika“da xəstə ölümü - Həkimə hökm oxundu
-
Çin Yer orbitində unikal eksperiment həyata keçirib: Nə məlumdur?
-
“Hörmüzdə rüsumların tətbiqi gözlənilməz nəticələrə gətirib çıxaracaq“ - Meloni
-
Azərbaycanda 8 bank bir manat belə mənfəət vergisi ödəməyib - Tam siyahı
-
Direktor müavini təyin olundular - Agentlik məlumat yaydı
-
Şahin Şıxlinski və oğluna ağır cəza istənildi - 9 il həbs
-
Maşında musiqinin səsini azaltmasını istədi - Xəstəxanalıq oldu
-
Prezident Litvanın Baş nazirini və türk naziri qəbul etdi - FOTOLAR
-
“Hizbullah“ lideri Naim Qasımın müavini öldürülüb - İsrail ordusu
-
Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi
-
Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
-
Beyləqanda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
-
“ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar“ - Tramp
-
Türkiyədə məşhurlara qarşı əməliyyat: 14 nəfər barəsində qərar verildi
-
Nəsimi rayonunda 72 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb - Qara qızıl neçəyə düşdü?
-
Dövlət qurumlarında işləyənlərin maaşı ilə bağlı - Yeni qərar
-
“İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə əməl etməyəcək“ - Vens
-
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır?
-
“Dövlət qurumları adından kütləvi fişinq hücumları həyata keçirilib“ - ETX
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Naxçıvanda bu şəxslərin maaşları ilə bağlı - Yeni qərar hazırlanır
-
Ərdoğan və Şərif telefonda danışdılar - ABŞ ilə İran arasında atəşkəsi müzakirə edilib
-
Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək?
-
Azərbaycanda ən çox vergini bu marketlər ödəyib - SİYAHI
-
Sabunçu rayonunda yaşayış binasının divarı uçub - VİDEO
-
İsrail ordusu Livanda sülhməramlıları da atəşə tutdu - Səfir İtaliya XİN-ə çağırıldı
-
“Makler evləri“ni alanları hansı risklər gözləyir? - VİDEO
-
Əsabil Qasımov Rusiyada nəhəng kompleks aldı - 50 milyon ödəyib...
-
İsrail Livanda bu gün 112 nəfəri qətlə yetirdi - 837 nəfər yaralanıb
-
Bir ildə Azərbaycan büdcəsinə 3 milyard vergi ödəyən 23 xarici şirkət - Siyahı
-
Sabah Bakının bu yerlərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Ərdoğan Trampla telefonda danışdı - İranla bağlı müzakirə aparılıb
-
Zamirə Ədilova vəzifədən ayrıldı - TƏBİB-də ilk dəyişiklik
-
“Livana hücumlar davam edərsə, İran atəşkəs razılaşmasından çıxa bilər“ - “Tasnim“
-
Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə
-
Azərbaycan və İran XİN başçıları telefonda danışıb - Nələr müzakirə edilib?
-
Qətər İrandan kompensasiya tələb edir - BMT-yə müraciət etdi
-
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR
-
Ağdam klubunda qərar vaxtı: Afrikalı gənclər “Qarabağ“da qalacaqlar?
-
İran Hörmüz boğazını bu tarixdə aça bilər - “Reuters”
-
“ABŞ İranla razılaşma əldə edə bilməsə, hərbi əməliyyatlara qayıda bilər“ - Tramp
-
Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi
-
Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
-
“ABŞ İranla sıx əməkdaşlıq edəcək...“ - “Birlikdə işləyəcəyik“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah bəzi yerlərdə yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic oldu - FOTO
-
TƏBİB Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? - DOSYE
TOP 10
ARXİV






