“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bu ölkədə seçkidən sonra müxalifət lideri helikopterlə qaçırıldı - Fotolar

Tarix 17.01.26, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Uqandada gərgin keçən prezident seçkilərindən sonra müxalifət partiyasının lideri Bobi Vaynın evindən hərbi helikopterlə qaçırıldığı və naməlum yerə aparıldığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, Vaynın rəhbərlik etdiyi Milli Birlik Platforması partiyasının açıqlamasına görə, seçkilərdən bir gün sonra orduya məxsus helikopter onun evinin yerləşdiyi əraziyə enib və Bobi Vayn zorla helikopterə mindirilərək aparılıb.

Bildirilib ki, əməliyyat zamanı Vaynın özəl təhlükəsizlik əməkdaşları da zorakılığa məruz qalıb.

Partiya “X” sosial şəbəkəsində yaydığı bəyanatda bu hadisəni “qaçırılma” kimi qiymətləndirib. Hazırda Bobi Vaynın harada saxlanıldığı məlum deyil.

Əsl adı Robert Kyagulanyi olan Bobi Vayn bundan əvvəl polis qüvvələrinin evini mühasirəyə aldığını və faktiki olaraq ev dustaqlığında saxlanıldığını açıqlamışdı. Hadisə ölkədə zorakılıq və internetin məhdudlaşdırılması ilə müşayiət olunan seçkilərdən dərhal sonra baş verib.

Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, hazırkı Prezident Yoveri Museveni səslərin 75,38 faizini toplayaraq qalib elan edilib. Müxalifətin əsas namizədi olan 43 yaşlı Bobi Vayn isə 20,71 faiz səslə ikinci yeri tutub.

Müxalifət qüvvələri seçkilərin təzyiq və qorxu mühitində keçirildiyini iddia edir. Museveni isə təxminən 40 illik hakimiyyətini davam etdirməyi hədəfləyir.

Keçmiş pop musiqi ulduzu olan Bobi Vayn özünü “getto prezidenti” kimi təqdim edir və son illərdə Museveni hakimiyyətinə qarşı ən güclü müxalifət fiqurlarından biri kimi tanınır. O, xüsusilə gənc seçicilər arasında geniş dəstəyə malikdir.

Bobi Vaynın harada olduğu ilə bağlı Uqanda hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib.







Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap