| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Azərbaycan ilbiz biznesinə girişdi - Milyonlarla vəsait…
Tarix 15.01.26, 17:15 |
|
Azərbaycanda ilbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, ilbizdən Avropa, Amerika və Asiyada kulinariyada, həmçinin bütün dünyada kosmetologiya sahəsində istifadə olunur.
İlbiz əti BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı tərəfindən ekoloji baxımdan ən təmiz, insan orqanizmi üçün ən faydalı qidalardan biri kimi tövsif edilib.
Dünyada ilbiz ticarəti 2025-ci ildə 800 milyon dollara yaxın olub. Bu göstəricinin 2035-ci ilə qədər 2,07 milyard ABŞ dollarına qədər artacağı gözlənilir ki, bu da 2026-cı ildən 2035-ci ilə qədər 10,3 faizdən çox orta illik artım tempi (CAGR) deməkdir. Sənayenin 2025-ci ildə gəliri 849,82 milyon ABŞ dolları olub. Bu gəlirin 39,1 faizi Asiya-Sakit Okean bölgəsinin payına düşür.
Dünyada qida üçün ən çox üzüm ilbizi - Helix Pomatia-dan istifadə olunur. 2025-ci ildə onun qlobal ilbiz ticarətində payı 46,35 faiz təşkil edib ki, bu da ona Avropa kulinariyasındakı tələbatla bağlıdır. İlbiz bazarında aparıcı şirkətlərə Helicicultura (İspaniya), Snail Farm (İtaliya), Helix Aspersa (Fransa), Snail World (ABŞ), La Escargotière (Fransa), Thai Snail (Tayland), Escargots de France (Fransa), Snail King (Polşa), Lumaca Madonita (İtaliya) və Snail Farm UK (Böyük Britaniya) daxildir.
İlbiz istehlakının ən yüksək səviyyəsinə malik ölkələr İspaniya, Mərakeş, Fransa və İtaliyadır. Bu ölkələr birlikdə qlobal istehlakın təxminən 69 faizini təşkil edir. Məsələn, İspaniyada orta hesabla bir nəfər ildə 358 qram ilbiz yeyir, Mərakeşdə isə bu rəqəm 174 qramdır ki, bu da dünya üzrə orta göstərici olan ildə 5,9 qramı 30 dəfəyə yaxın üstələyir. 2024-cü ildə Fransa ilbiz sənayesinin dəyəri 1,5 milyard ABŞ dolları olub və 2033-cü ilə qədər onun 2,8 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Milli mətbəxdəki istehlakın üstün olduğu Fransa ilbiz bazarı son illərdə əhəmiyyətli dərəcədə artım nümayiş etdirib. Bu ölkədə ildə 40.000 tondan çox ilbiz istehlak olunur.
Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ilbiz əkinçiliyi sənayesinin dəyəri təxminən 30 milyon avrodur və 1000-dən çox fermer bu sahədə çalışır.
İlbiz istehsalının geniş yayıldığı əsas ölkələr Mərakeş, İspaniya, İndoneziya, Çin və Rumıniyadır. Kosmetika sahəsində ilbizdən müxtəlif məqsədlərlə istifadə olunur. Bu sahədə ən yüksək paya dəridə qırışların azalması məqsədi sahibdir. İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Onun təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr – kollagen, elastin, allantoin, qlikol turşusu, proteaza, xitozan, A, C, E, B6, B12 vitaminləri sintez olunur.

Qeyd edək ki, Azərbaycandan Avropaya ilbiz və qurbağa ayaqlarının ixracına dair Aİ strukturları ilə AQTA arasında danışıqlar 2019-cu ildən başlanıb. Həmin il agentlik rəsmiləri Azərbaycan istehsalçılarının müraciəti əsasında bu danışıqlara başladıqlarını açıqlayıblar. Belə görünür ki, müvafiq razılaşmanın əldə olunması yalnız 2025-ci ildə mümkün olub. Azərbaycandan fərqli olaraq qonşu Gürcüstan Avropaya ilbiz ixracını bir neçə il əvvəldən yoluna qoyub. Ölkənin Milli Statistika Xidmətinin (Sakstat) veb saytındakı məlumata görə, Gürcüstan 2024-cü ildə 1,7 milyon dollar dəyərində 268 ton ilbiz ixrac edib. 2023-cü ildə bu rəqəm 1,3 milyon dollar dəyərlə 151 ton təşkil etmişdi. Gürcüstandan iblizin ən böyük alıcısı 158 tonla Fransa olub. Ondan sonra gələn Türkiyə 88 ton, Namibiya isə 18 ton ilbiz alıblar.
Azərbaycanda ilbiz yetişdirilməsini 2017-ci ildən başlanıb. Həmin vaxt “Azdelikates-Alfa” MMC adlı şirkətin Avropa ölkələrinə, Türkiyəyə ilbiz ixrac etdiyinə dair məlumatlar yayılıb. 2019-cu ildə şirkət əhalidən 1 kiloqramı 50 qəpiyə 200 tona yaxın ilbiz toplayıb. Lakin Avropaya ixrac mümkün olmadığı üçün məhsulun satışında problemlər yaranıb və 2020-ci ildə MMC ləğv edilib. Beş il əvvəl ölkə mətbuatında Şamaxıda bir nəfərin şəxsi təsərrüfatında ilbiz yetişdirdiyinə dair məlumat yayılıb. Həmin vaxt Şamaxı rayon sakini Akif Əmralı 20 ildən çox müddətdə ilbiz kürüsü satmaqla qazanc əldə etdiyini deyib. Onun sözlərinəö görə, dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanılıb, 1989-cu ildə satışa çıxarılıb. Akif Əmralı 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına başladığını, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olduğunu deyib. Lakin rəsmi statistikada bu ixracla bağlı hər hansı məlumat yoxdur.
Həmçinin açıqlanan xarici ticarət statistikasında Azərbaycana xaricdən adi ilbiz idxalına dair məlumata da rast gəlinmir. Burada yalnız səkkizayaqlı dəniz ilbizinin idxalına dair məlumat var. Həmin məlumata görə, 2024-ci ildə Azərbaycana 57,43 min dollar dəyərində 5,61 ton dondurulmuş, 80 kq isə təzə səkkizayaqlı ilbiz idxal olunub. Bundan əlavə, 2,06 ton hazır və ya konservləşdirilmiş digər ilbizlərin idxalı da olub.
2025-ci ilin yanvar-oktyabrında isə Azərbaycana ümumi dəyəri 35,99 min dollar olan 3,75 ton dondurulmuş, 520 kq təzə səkkizayaqlı ilbiz, 340 kq isə ton hazır və ya konservləşdirilmiş digər ilbizlər idxalı qeydə alınıb. Ölkədə ildə nə qədər ilbiz istehsal, yaxud istehlak olunduğuna dair məlumat da rəsmi statistikada mövcud deyil. Lakin məşhur müğənnilərin reklamlarından aydın olur ki, kosmetologiya sahəsində ilbizdən istifadə Azərbaycanda geniş yayılmış təcrübədir. Eyni zamanda bəzi vaxtlarda mətbuatda Bakıdakı Avropa mətbəxi təqdim edən restoranlarda ilbiz ətinin təklif olunduğuna dair məlumatlar da yer alıb. Azərbaycanda hələ də əhalinin mühüm hissəsi ilbizə bitki zərərvericisi kimi baxır. Xüsusilə rütubətin bol olduğu dənizsahili ərazilərdə insanlar bağlarında ilbizə qarşı mübarizə üsulları axtarışı ilə məşğuldular. Avropaya ixracın genişlənməsi əhalinin ilbizləri məhv etmək deyil, toplayıb emal müəssisələrinə təhvil verərək pul qazanmaqla məşğul olmasına gətirib çıxara bilər.
Musavat.com
Xəbərin oxunma sayı : 1054
Sosial
Xəbərlər
-
“Xoşbəxtəm ki, bir çox qadının idealıyam“ - Fotolar
-
Aviabiletlər bahalaşdı - Bu istiqamətlər üzrə (VİDEO)
-
“İranın qonşu ölkələrlə problemi yoxdur“ - Abbas Əraqçi
-
NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir - RUTTE
-
Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - VİDEO
-
“İspaniya bildirib ki, onların bazalarından istifadə edə bilmərik, amma...“ - Tramp
-
Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
-
Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə paylaşım edib - FOTO
-
Ramazan ayının on dördüncü günü - İmsak və iftar vaxtı
-
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar...
-
Azərbaycanda daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
-
“İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb? - İLGİNC
-
Gecə paltarlarını reklam edən bloqer cərimələndi - FOTOLAR
-
ABŞ və İsrailin öldürdüyü 168 şagird dəfn olundu - “Bu, vəd edilən azadlıqdır?” + VİDEO
-
Müharibə Türkiyəyə yayılarsa, cavablarını alacaqlar - Hakan Fidan
-
“Referans”ın baş həkimi şantajda ittiham olunur - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
-
Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? - İDDİA
-
“A-Qroup Sığorta” batır? - Şirkətin yığımları 55,32 faiz azalıb
-
İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
-
Ceyhun Bayramovla Fransa XİN başçısı telefonda danışdı - Nələr müzakirə edilib?
-
“Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
-
Müşfiq Abbasov bu statuslarına görə həbs edilib - Çingiz Abdullayev, “Epşteyn işi”...
-
“İranla danışıqlar aparmaq üçün artıq gecdir“ - Tramp
-
Azərbaycanda 5 icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI
-
Bəzi yerlərdə yağıntı intensivləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Turistlər Azərbaycanda nə qədər pul xərcləyib? - Ölkələr üzrə siyahı
-
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu taladı - VİDEO
-
Vens əməliyyata qarşı çıxıb - Trampı o şəxs razı salıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
-
Vilayət Eyvazov Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
-
Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Milyonluq tenderlərdən qara siyahıya: Zakir Fərəcovla Vidadi İsayevin “favorit”i saxta sənədlə ifşa olundu
-
“Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq“ - Prezident
-
İran Qətərdəki ABŞ aviabazasını vurdu - BƏƏ-də isə neft yatağına zərbə endirdi
-
Baş nazirdən aksiyalarla bağlı qərar - Burda da qadağan edildi
-
Azərbaycan və Pakistanın XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edilib - Təfərrüat
-
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi - FOTOLAR
-
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - QANUN DƏYİŞDİ
-
SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...
-
Təqsirsizlik prezumpsiyası hansı hallarda pozulur və cəzası nədir? - Ali Məhkəmədən xüsusi QƏRAR
-
“Bakıda qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib” - Deputat dəhşətli statistikanı açıqladı
-
Azərbaycana gələn turistlər ən çox bu xidmətlərdən narazılıq edirlər - Siyahı
-
Prezident Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
-
Xomeyninin nəvəsi İranın yeni Ali liderinin seçilməsində əsas fiqura çevrilə bilər - Reuters
-
Sumqayıtda toyuq fermasından gələn qoxu sakinləri bezdirdi - VİDEO
-
“ABŞ yeni uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır“ - Vens
-
Nazir İradə Xəlilovanı bu instituta direktor müavini təyin etdi - FOTO
-
“Biz ukraynalılara məxsus heç nəyi Rusiyaya verməyəcəyik“ - Zelenski
-
Abşeron Məmmədli kəndində qanunsuz tikintilər - Ceyhun Mirzəyevdən şikayət ediləcək
-
Prezident Bakı Konqres Mərkəzində iclasda iştirak etdi - Video - Fotolar
-
Neftimizin qiyməti 80 dollara çatır - Son 9 ayda ilk dəfə
-
“TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olunub - VİDEO
-
Sumqayıtda “ölüm növbəsi“ gözləyən bina: “Dedilər ki, mümkün deyil, dağılacaq“
-
“İran 50 Şimali Koreyaya bərabərdir“ - Netanyahu
-
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
-
Bu gün Od çərşənbəsidir
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO
-
Trampdan İranla bağlı sərt açıqlama: “Biz hələ başlamamışıq“
-
Binəqədidə 5 ildən artıqdır kanalizasiya daşır - ŞİKAYƏT/VİDEO
-
İran 48 saat ərzində 60 strateji hədəfə hücum edib - SEPAH məlumat yayıb
-
"Nargilə" dairəsində tıxac problemi həll olunur - VİDEO
-
ABŞ və İsrailin İrana hücumu bir həftə təxirə salınıb - Bu səbəbdən
-
Ramazanın 13-cü günü - İmsak və iftar vaxtı
-
Münaqişənin isti fazası bir–iki həftə davam edəcək - İran mediası
-
Ağcabədi Su İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - VİDEO
-
“Kredit bataqlığı“na düşənlər çoxalır: Yüksək faizlər, borclu üç milyon vətəndaş
-
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
-
5 saylı Magistral Yolların İstismarı MMC-də mənimsəmələr: Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi var?
-
“İran ABŞ-dən fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb“ - Laricani
-
27 yaşlı xanım “tik-tok“da açıq videosunu paylaşdı, həbs edildi
-
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
-
Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”
-
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi
-
Bu universitetdə yeni təyinatlar oldu - FOTOLAR
-
“Akkord“un keçmiş sahibinə 15 il həbs cəzası verildi - Məhkəmə prosesi
-
İran-Ermənistan quru sərhədi yenidən açılıb - Səfirdən açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib - FOTOLAR
-
Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb - İsrail Müdafiə Qüvvələri
-
Məzuniyyətə gedən komandir cinayət törətdi - 7 il 10 ay 15 gün cəza aldı
-
Nazirlikdən xəbərdarlıq: Ağdərədə partlayışlar olacaq
-
DSMF-nin binası təmir olunacaq - 3,8 milyon manata
-
“İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq“ - Qətər XİN
-
“Megastore”a dadanan oğrunun həzin sonu - 2,6 il həbs...
-
Azərbaycan və Türkiyə XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Netanyahunun ofisinə və HHQ komandanının olduğu yerə zərbə endirilib - SEPAH
-
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
-
“İran ballistik raket hücumlarını artırır“ - İSRAİL ORDUSU
-
Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı - SƏRƏNCAM
-
“Mentalitetimin uyğun olmadığı ölkədə uğur əldə edə bilmərəm” - Qurban Qurbanov
-
Prezident ailəsi qadın sahibkarlara belə dəstək oldu - Fotolar
-
Yasamalda səkini zəbt edib 5 mərtəbəli obyekt tikiblər - FOTO
-
Bu tarixdən moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - RƏSMİ
-
Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt:Dörd dəfə ad-soyadını dəyişib
-
Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Xamenei ölsə də, o sağ qaldı - Bu general hər hücumdan xilas olub
-
Həccə qeydiyyat başa çatır - Kvotada boş qalan yerlər
-
“ABŞ ilə danışıqlar aparmayacağıq“ - Əli Laricani
-
Vəzifəli şəxsi videogörüntülərlə şantaj edən qadın həbs olundu - Məhkəmə zalında
-
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Fotolar
-
Şahbuzda 37 santimetr qar yağıb - FAKTİKİ HAVA
-
Krevetka biznesində paradoks: Tələbat var, istehsal yoxdur
-
Maştağada “ölüm tələsi“: Sürücülər hər gün qəza riski ilə üzləşirlər (VİDEO)
-
AAYDA-da “qaynayır“ - Azadəli Azadəliyev haqqında ilginc iddialar yayıldı
-
Körfəz Ərəb ölkələri İrana cavab verməyə hazırdırlar - Bəyanat
-
“Əməliyyat başa çatana qədər daha çox itki olacaq“ - Tramp
-
Neftin qiyməti 81 dolları keçib - Son 8 ayda ilk dəfə
-
İranda öldürülən generalların adları açıqlanıb - SİYAHI
-
Bu xətt cərimə nişanına çevrilib - Sürücülər çətin vəziyyətdə (VİDEO)
-
“Futbolçular “Sabah“ın gücünü tam bilmirdilər“ - Qurban Qurbanov
-
Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?
-
Ramazan ayının on ikinci günü - İmsak və iftar vaxtları
-
Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?
-
Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur - Əraqçi
TOP 10
ARXİV






