“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Fransa Almaniyanın yenidən silahlanması tempini təşvişlə izləyir - “Bloomberg“

Tarix 13.01.26, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Fransa rəsmiləri Parisdə Almaniyanın yenidən silahlanmasının miqyasından "təşviş və narahatlıq" keçirdiklərini bildiriblər. Fransada Almaniyanın hərbi kompleksinin güclənməsinin Berlinin Avropa müdafiəsində dominantlığına və milli müdafiə sektorunun zəifləməsinə səbəb olacağından ehtiyat edirlər.

"Bloomberg" bu barədə məlumat yayıb.

Agentlik qeyd edir ki, Fransa siyasi hakimiyyəti bir tərəfdən Almaniyanın müdafiə xərclərinin artmasını alqışlayır, digər tərəfdən isə Berlinin artan siyasi təsiri və hərbi mövqeyinin güclənməsindən narahatlıq keçirir.

Avropa parlamentinin üzvü Fransua-Ksavye Bellami agentliyə bildirib ki, "daxili siyasi qeyri-sabitlik Fransanın geosiyasi təsirini sarsıdır".

Alman Marşal Fondunun vitse-prezidenti Klaudiya Mayorun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada Fransa geosiyasi lider, Almaniya isə iqtisadi nəhəng kimi qəbul olunub. Ekspertin fikrincə, indi Almaniya hər iki funksiyanı birləşdirərək təsirini genişləndirir ki, bu da Parisdə narahatlıq doğurur.

Almaniyanın müdafiə büdcəsinin artması 2025-ci ildə Haaqa şəhərində keçirilən NATO sammitinin qərarları ilə əlaqəlidir və orada Berlinə müdafiə xərclərini 2035-ci ilə qədər 3.5%-ə çatdırmaq tövsiyə olunub. NATO və əksər AB ölkələri bu tədbirləri təsdiqləyir, lakin Paris də daxil olmaqla bir neçə qərb ölkəsi Avropa inteqrasiyanı tənqid edən Almaniya üçün Alternativ Partiyasının (AfD) populyarlığından narahatdır. Bəzi ölkələr Berlində avropayönümlü olmayan bir hökumətin yaranmasından qorxurlar.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap