“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

DYP-dən sürücülərə müraciət: Ehtiyatlı olun!

Tarix 17.01.26, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda yanvarın 17-dən 22-dək gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarının daha ehtiyatlı və hazırlıqlı olması məsləhət görülüb:

"Həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdən qaçmamalıdır".

Məlumatda həmçinin DYP əməkdaşlarının aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər gördüyü vurğulanıb.

BDYPİ xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, şinləri yararsız, mövsümə uyğun olmayan avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap