“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar BAHALAŞIB?

Tarix 17.01.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə, 30 min manata qədər olan avtomobillərin dəyərində 1 500 - 3 000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir.

Bundan əlavə, Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.

Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur.

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımının səbəbləri kifayət qədər aydındır. Onun sözlərinə görə, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddəti 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb.

“Bununla yanaşı, paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Söhbət Çinin daxili bazarında qəbul edilən yeni qaydalardan gedir. Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi”.

E.Əliyev eyni zamanda bu avtomobillərin ixracı zamanı tətbiq edilən müxtəlif subsidiyalar mövcudluğuna da diqqət çəkib: “Həmin subsidiyaların aradan qaldırılması və nəzarətin gücləndirilməsi nəticəsində fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalıb və yaxın dövrdə bu azalmanın davam edəcəyi gözlənilir. Bütün bu amillər fonunda qiymət artımının qaçılmaz olduğunu söyləmək olar.

Digər tərəfdən, rəsmi dilerlər tərəfindən idxal olunan avtomobillərə də artıq əvvəlki güzəştlər şamil edilmir. Məsələn, elektromobil və hibrid avtomobillər əvvəllər ƏDV-dən və bəzi rüsumlardan azad idi. Güzəştlərin müddətinin başa çatması həmin avtomobillərin qiymətinin birbaşa bu rüsumlar qədər artmasına səbəb olub”.

Sədr vurğulayıb ki, Çin avtomobillərində müşahidə olunan problemlərə gəldikdə, bu, əsasən Çinin daxili bazarı üçün istehsal olunan avtomobillərin fərdi şəxslər tərəfindən ölkəyə gətirilməsi ilə bağlıdır: “Belə avtomobillər əksər hallarda rəsmi servislər tərəfindən qəbul edilmir, ehtiyat hissələrinin tapılmasında çətinlik yaranır və servis xidməti düzgün şəkildə göstərilmir. Bu da nəticə etibarilə istifadəçilər üçün ciddi problemlər yaradır. Lakin rəsmi dilerlərdən alınan avtomobillərdə əvvəlki illərlə müqayisədə bu cür problemlər demək olar ki, aradan qalxıb. Əksər dilerlər artıq ehtiyat hissələri anbarlarını kifayət qədər doldurub və servis xidmətləri daha sistemli şəkildə fəaliyyət göstərir. Yəni bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Qiymətlərə gəlincə isə, qeyd etdiyim amillərin təsiri ilə ikinci əl avtomobillərin yenidən dəyər qazandığını müşahidə edirik”.

O həmçinin əlavə edib ki, ötən il ikinci əl avtomobillərin qiyməti 35-40 faiz, bəzən isə daha çox ensə də, hazırda bu avtomobillərin yenidən bahalaşması prosesi gedir:“Amerikadan idxal olunan ikinci əl avtomobillərin sayında əvvəl müəyyən azalma olsa da, hazırda bu avtomobillərə marağın yenidən artdığını görürük. Bununla belə, məqsədəuyğun olardı ki, Mərkəzi Bank tərəfindən banklara müəyyən səlahiyyətlər verilsin və avtomobil kreditləri üzrə ilkin ödəniş məbləği 10-15 faiz səviyyəsində müəyyən edilsin.

Necə ki, bu gün elektromobil və hibrid avtomobillər üçün 10-20 faiz ilkin ödənişlə kredit imkanları mövcuddur, eyni şərtlər benzin, dizel və CNG mühərriki ilə işləyən avtomobillərə də tətbiq olunsa, vətəndaşlar müxtəlif riskli bazarların qurbanına çevrilməzdi. Belə olan halda insanlar Çindən, Amerikadan və ya Koreyadan gətirilmiş, mənşəyi və texniki vəziyyəti şübhəli olan ikinci əl avtomobilləri almağa məcbur qalmazdılar”.

Eyyub Əliyev bazarda taksi fəaliyyəti üçün tələbatı yüksək olan avtomobillər mövcudluğuna nəzər salaraq, bunların əsasən əhalinin aşağı gəlirli təbəqəsinin üstünlük verdiyi, daha sərfəli və əlçatan modellər olmasını da diqqət çəkib: “Bu tip avtomobillər həm şirkətlər tərəfindən, həm fərdi şəxslər tərəfindən, həm də birbaşa taksi fəaliyyəti məqsədilə alınırdı. Söhbət konkret olaraq müəyyən marka və modellərdən gedir. Hazırda bu kateqoriyaya aid avtomobillərin böyük əksəriyyəti qeyri-rəsmi yollarla, yəni fərdi şəxslər tərəfindən ölkəyə gətirilir. Məhz buna görə də onların qiymətlərində ciddi artımlar müşahidə olunur”.

Assosiasiya sədri qeyd edib ki, BYD artıq Azərbaycanda rəsmi müqavilə bağlayıb və yaxın vaxtlarda bu markaya məxsus avtomobillərin ölkəmizdə rəsmi satışına başlanılacaq: “Hətta ilkin satış kampaniyaları da artıq elan edilib. Lakin hazırda avtomobillərin fiziki olaraq ölkəyə gətirilməsi hələ tam başa çatmayıb və onların yaxın zamanlarda tədarükü gözlənilir.

Bu müddət ərzində BYD markasının bəzi modelləri qeyri-rəsmi kanallarla ölkəyə gətirilir. Fərdi şəxslər mövcud vəziyyətdən istifadə edərək bu avtomobillərə süni şəkildə qiymət artımı tətbiq edirlər. Həmin avtomobillər əvvəlki dövrlərdə ölkəyə gətirilib, fərdi şəxslərin adına rəsmiləşdirilib və artıq dövlət nömrə nişanı da alınıb. Bu səbəbdən satış zamanı qanunvericiliyə uyğun olaraq əlavə rüsum və ya ödəniş etmirlər, lakin buna baxmayaraq, bazarda süni qiymət artımı yaradırlar”.

O yekun olaraq bildirib ki, yaxın zamanlarda rəsmi distributor tərəfindən avtomobillərin ölkəyə kütləvi şəkildə tədarükü həyata keçirildikdən sonra, bu süni qiymət artımının aradan qalxacağı gözlənilir: “Fərdi şəxslər məcbur qalaraq avtomobilləri daha aşağı qiymətlərlə təklif edəcəklər. Çünki rəsmi distributorlar süni qiymət artımı tətbiq etmir, qiymət dəyişiklikləri yalnız istehsalçı zavod tərəfindən və ya rəsmi kataloq qiymətlərində baş verən artımlarla bağlı olur”,- deyə E.Əliyev qeyd edib.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. 



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap