“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xanımı Makronun sağ gözünü sıradan çıxarıb? - İclaslara gün eynəyi ilə qatılır + FOTO

Tarix 17.01.26, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən iclasa da gözündə gün eynəyi ilə qatılıb.

“Le Parisien” qəzetinə istinadən xəbər verir ki, Fransa lideri sağ gözündəki problemlə əlaqədar bu addımı atıb.

“Eynəyə görə üzr istəyirəm, bu kiçik problemə görədir. Bir müddət bunları taxmalı olacağam, ona görə də buna öyrəşməli olacaqsınız”, - Makron bildirib.

Xatırladaq ki, yanvarın 15-də E.Makron ölkənin cənubunda İstr aviabazasında hərbçilər qarşısında çıxış edərkən onun sağ gözünün qızarması və şişməsi diqqət çəkib. O, bu zaman məsələnin ciddi olmadığını vurğulamışdı.


Həmin mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran Makron görünüşü ilə bağlı zarafat etməkdən də çəkinməyib. O, gözünün vəziyyətini məşhur “Rokki” filmindəki “Eye of the Tiger” mahnısına bənzədib.

Qeyd edək ki, Prezident bu vəziyyətin tamamilə zərərsiz olduğunu desə də, sosial şəbəkə istifadəçiləri hadisəni yenidən onun həyat yoldaşı ilə əlaqələndiriblər. Belə ki, 2025-ci ilin may ayında cütlüyün Vyetnama gəlişi zamanı təyyarənin qapısında Bricit Makronun ərinə qarşı sərt jesti – əlini onun üzünə vurması kameralara düşmüşdü. Həmin vaxt Yelisey Sarayı bu görüntüləri “zarafat” kimi qiymətləndirsə də, internet istifadəçiləri Makronun bugünkü görüntüsünü yenidən həyat yoldaşı ilə “kiçik mübahisə”nin nəticəsi kimi şərh ediblər. (“Qafqazinfo”)



Xəbərin oxunma sayı : 1096




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap