“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - VİDEO

Tarix 17.01.26, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


39 yaşlı Günel Cəfərova deyir ki, boğazgərmə əməliyyatı olunmaq üçün "TikTok"dan tapdığı "Plastik.estetika"səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda Bakının 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən "Beauty Derm Estetik"də cərrahi əməliyyat olunub.

Günel Cəfərovanın sözlərinə görə, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə, həkimə dəfələrlə zəng edib. Amma hər hansı bir tədbir görülməyib.

O deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.

"Beauty Derm Estetik" mərkəzindən Esmira İbrahimli öz növbəsində suallara cavab verməkdən imtina edib və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib: "Beauty Derm Estetik" Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir".//Xəzər TV





Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap