“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Neft Fondu qızıl portfelini nə qədər artırıb? - “Azərbaycan ilk 25 ölkə içərisində yer alır...”

Tarix 08.01.26, 10:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunduğunu bildirib. Dövlət başçısı bildirib ki, onun təşəbbüsü ilə investisiya yatırımları ölkəyə 10 milyard dollar vəsait qazandırıb.

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Onun sözlərinə görə, son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir.

Portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dollarlıq hissəsini, yəni 32,8 faizini qızıl investisiyaları təşkil edir.

“Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1.7 dəfə artıb. Yarım illik yekunlarında isə artım 1.2 dəfə çatıb. Son 1 ayda isə qızıl 35 faiz bahalaşıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır”, - iqtisadçı məlumat verib.

“Trade Economics” təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb. Ehtiyatların həcminə görə isə ABŞ 8,133 min tonla dünyada birincidir. İlk üçlüyü isə Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) tamamlayır.

“Göründüyü kimi, Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Bu isə, iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir”, - deputat vurğulayıb.



Xəbərin oxunma sayı : 535




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap