“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Norm Sementdə istehsalı artırıb, bəs keyfiyyəti? - Saxlanma şəraitinə nəzarət yoxdur

Tarix 08.01.26, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb...

AzFakt.com xəbər verir ki, bu barədə “Norm” ASC-dən məlumat verilib. Zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib. Bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. 

Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir. 

Bizimesr.az bildirir ki, son zamanlar əsasən Azərbaycan şirkətlərinə təyin edilən xarici şəxslər belə ifadələrdən istifadə edir: "... uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edirik...", filan.

Maraqlı cümlədir, Şirkətin Baş icraçı direktoru Henning Sasse də xarici olaraq belə deyir. Əslində isə reallıqlar tamamilə fərqlidir və Azərbaycanda ən az satılan və keyfiyyətinə artıq etibar edilməyən sementlərdən biri də "Norm" Sementdir. Elə isə, "sement bazarında liderik" kimi birinciyik"  düşüncəsi hardan qaynaqlanır?   Sorğulardan... Bildiyimiz kimi, “Norm” ASC-nin əməkdaşları telefonlarla insanlara zəng edərək suallar verir və sorğu keçirilər. Nəticəni də istədikləri kimi təqdim edərək, "birinci" olurlar. 

Qayıdaq "uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edirik" şirkət menecerlərinin danışıq üslubuna. Bu ifadə, rəsmi səslənsə də, biznes dünyasında həm də rəhbərlərin öz mövqelərini qorumaq və tənqidlərdən yayınmaq məqsədi ilə istifadə olunur.

Ümumi olaraq, uzunmüddətli strateji baxış şirkətin qısa müddətli qazanc və gündəlik qərarlardan çox, bazarda mövqeyini qorumaq, inkişaf etdirmək və uzun müddət üçün plan qurmaq strategiyasını göstərir. Məsələn, reklam kampaniyalarını planlı və davamlı aparmaq, yeni bazarlara tədricən daxil olmaq, işçi heyətini uzunmüddətli perspektivdə yetişdirmək, infrastruktur və texnologiyaya sistemli yatırımlar etmək. Bunların hamsının qarşısına "guya" sözünü qysaq hər şey aydın olacaq. Belə yanaşma, dünya təcrübəsində strateji idarəetmənin əsas komponentidir.

Şirkətin Baş icraçı direktoru Henning Sassenin şirkət "uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edir” ifadəsi Azərbaycanda həm əsl strateji qərarları, həm də rəhbərlərin öz mövqelərini qorumaq üçün işlətdikləri rəsmi danışıq dilini əhatə edir. 

Keyfiyyətə gəldikdə isə bunun üçün ekspert və mütəxəssis olmaq lazım deyil...  İki fakt Norm sementlərinin hansı keyfiyyətdə olduğunu aydın subut edir.

Sementin üzərində göstərilən texniki göstəricilər həmişə real test nəticələri ilə uyğun olmur. və əsası saxlanma şəraiti daha vacib amildir ki, buna qətiyyən əməl olunmur. Zavod istehsal etdiyi məhsulun satışı ilə yanaşı, saxlanmasına da nəzarət etməlidir ki, bu gün biz bunu görmürük. Norm smentləri bütün satış obyektlərində qaydalara uyğun olmayaraq, açıq havada, nəmli, rütubətli yerlərdə saxlanılır. Belə olan halda Norm sementlərinin keyfiyyətindən danışmağa dəyməz.

Qeyd edək ki, Norm şirkətinin təsisçisi və yeganə benefisiar sahibi Nəsib Həsənovdur.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap