“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

AHİK sədri müşavirini işdən çıxardı - Sabiq nazir vəzifə verdi

Tarix 07.01.26, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri olan “İmprotex Trucks & Buses” MMC-yə yeni direktor təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Orxan Ərəbov təyinat alıb.

O, bu vəzifədə Mühəmməd Fərid Abdullayevi əvəzləyib. Mühəmməd Fərid Abdullayev isə fəaliyyətini 2021-ci ildə dövlət qeydiyyatına alınmış “Improtex Demining” şirkətinin direktoru vəzifəsində davam etdirir.

Qeyd edək ki, O.Ərəbov bu təyinatdan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildə Gənclər Fondunun İcraçı direktorunun müavini vəzifəsindən çıxaraq AHİK sədrinə müşavir təyin olunan O.Ərəbov qısa müddət sonra - yəni 2025-ci ildə həmin vəzifəni tərk edib.

Xatırladaq ki, “Improtex” şirkətlər qrupunun bir qolu olan “İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.

Ötən il əldə olunmuş razılığa əsasən, bu ildən şirkət tərəfindənAzərbaycanda “MAN Lion`s City E” markalı elektrik avtobuslarının yığılmasına başlanılacaq. Avtobuslar üçün hissələrin bir qismi Azərbaycana tədarük ediləcək və burada avtobusun yığılması həyata keçiriləcək. Layihə ölkəmizdə ekoloji nəqliyyatın inkişafının dəstəklənməsinə və elektrik avtobusları parkının genişləndirilməsinə yönəlib.

Məlumat üçün bildirək ki, “İmprotex Trucks & Buses” şirkətinin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 572 551.38 manat vergi borcu vardır.

Bundan əvvəl isə şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” MMC-nin ötən ayın sonunda dövlət qarşısında külli miqdarda - 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb. Amma qısa müddət sonra həmin borc ödənilib.



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap