“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni metro stansiyaları bu ərazilərdə olacaq - VİDEO

Tarix 08.01.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda metropolitenin ən zəif inkişaf etmiş xətlərindən biri bənövşəyi xətdir. Cəmi 4 stansiyası olan bu xətt ümumi sərnişin axınının təxminən 3 faizini daşıyır. Bu səbəbdən əsas inkişaf məhz bənövşəyi xətt üzrə planlaşdırılıb.

AzFakt.com xəbər verir ki, AzTV-yə danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiyalar “Nizami” ərazisində yaşıl xətlə, ”Sahil” stansiyası yaxınlığında isə qırmızı xətlə kəsişmə yaradacaq:
“Bu, Sumqayıt və Xırdalan istiqamətində gələn sərnişinlərə şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişmək imkanı verəcək. Dövlət Proqramına uyğun olaraq, bənövşəyi xəttin bu il istifadəyə veriləcəyi 1 stansiyası - şərti adı ilə “B4” 1 saylı 1 saylı Kliniki Tibbi Mərkəzin arxasında yerləşəcək. Ondan sonrakı stansiya “Nizami” stansiyasının, daha bir stansiya isə “Sahil” stansiyasının yaxınlığında olacaq. Digər stansiya isə “Port Baku” kimi tanınan ərazinin yaxınlığında yerləşəcək.

“Xətai”yə daha bir keçid stansiya olacaq, həmçinin Babək prospekti üzərində daha bir yeni stansiya inşa ediləcək. Yaşıl xətt üzrə “Xətai”dən sonrakı stansiyalar Nizami Gəncəvi adına parkın yaxınlığında, “Ağ Şəhər” layihəsinin hazırda inkişaf edən hissəsindədir. Digər stansiya 8 Noyabr prospektindən “NZS” qəsəbəsinə dönən hissədə yerləşəcək. “Nargilə” kimi tanınan və ya keçmiş Bakı avtomobil zavodunun yaxınlığında yerləşəcək daha bir stansiya tikiləcək. Həmçinin “Həzi Aslanov” qırmızı xətti stansiyasına keçid funksiyası daşıyacaq növbəti stansiya da Dövlət Proqramına uyğun inşa olunacaq”.
Daha ətraflı videomaterialda:




Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap