“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Qərbi Avropada əlverişsiz hava nəqliyyatı iflic edib - İnsan tələfatı var

Tarix 07.01.26, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


Qərbi Avropada qar və buzlanma səbəbindən nəqliyyatda genişmiqyaslı pozuntular davam edir: aviareyslər ləğv olunur, dəmir yolu əlaqəsi pozulub, yol-nəqliyyat hadisələrinin sayı kəskin artıb.

"Report"un məlumatına görə, buna Atlantik okeanı tərəfindən Avropanı əhatə edən "Qoretti" qasırğası səbəb olub.

Fransa və Belçikada yüzlərlə reys ləğv edilib, sərnişinlər hava limanlarında qalıblar. Böyük Britaniyada sürücülərə yollarda təhlükəli vəziyyət barədə xəbərdarlıqlar edilib.

Parisin Şarl de Qoll hava limanında çərşənbə günü səhər saatlarında təxminən 100 reys, Orli hava limanında isə 40 reys ləğv olunub. Yanvarın 6-da axşam ilk hava nəqliyyatı pozuntusu qeydə alındıqda, Fransa nəqliyyat naziri Filip Tabaro vəziyyətin ertəsi gün günorta saatlarında yaxşılaşacağına ümid etdiyini bildirmişdi. Lakin bu baş verməyib.

Əlverişsiz hava şəraiti səbəbindən Parisdə və ətraf bölgələrdə avtobusların fəaliyyəti dayandırılıb, lakin metro və şəhərətrafı dəmir yolu əsasən işləyib.

"Meteo France" meteoroloji xidməti ölkə üzrə 3–7 sm qarın yağdığını açıqlayıb. Bildirilib ki, soyuq hava bu mövsüm üçün qeyri-adi dərəcədə güclüdür, buna görə də paytaxt sakinlərinə və ətraf bölgələrdə yaşayan insanlara lazımsız səfərlərdən çəkinmək və evdən işləmək tövsiyə olunub.


Avropanın ən böyük hava limanlarından biri olan Amsterdam Sxiphol hava limanı çərşənbə günü qar və külək səbəbindən azı 700 reysin ləğv olunduğunu açıqlayıb. Minlərlə sərnişin gecəni hava limanında keçirib, onlar üçün çarpayılar qurulub və səhər yeməyi təqdim edilib.

Brüssel hava limanında isə azı 40 reys ləğv olunub, rəsmilər gün ərzində təyyarələrin buzdan, uçuş zolaqlarının qardan təmizlənməsi səbəbindən gecikmələrin olacağı barədə xəbərdarlıq ediblər.

Hava şəraiti hava limanında qalan sərnişinlərin qatar və avtomobil nəqliyyatına keçməsinə mane olub.

"Eurostar" şirkəti London–Paris, Amsterdam və Brüssel marşrutlarında ciddi gecikmələrin və resylərin ləğvinin ola biləcəyini açıqlayıb. Yanvarın 7-də səhər qatarları artıq gecikib, Brüssel–London və Amsterdam–London qatarları məhdud qrafiklə işləyib, bu da sərnişinlərin aralıq dayanacaqlarda düşə bilməməsi deməkdir.


Böyük Britaniyada Kornuoll, Devon və Silli adaları üçün "Qoretti" qasırğası səbəbindən güclü külək barədə sarı xəbərdarlıq elan olunub. Bristol, Bat, Qlosterşir və Uiltşirdə qar barədə sarı xəbərdarlıq cümə gününə qədər qüvvədə olacaq. Həftənin sonuna qədər Uelsdə güclü qar gözlənilir. İngiltərədə soyuq hava şəraiti həftənin sonuna qədər davam edəcək.

Skandinaviya ölkələri də qar yağışı ilə bağlı xaosla üzləşib. İsveçin şərqində hakimiyyət güclü qar səbəbindən elektrik təchizatında pozuntular ola biləcəyi barədə xəbərdarlıq edib. Ölkənin qərbində tramvayların hərəkəti dayandırılıb, region rəhbərliyi buzlanma səbəbindən yollarda təhlükə barədə xəbərdarlıq edib. Danimarkada Şimali Yutlandiyada güclü qar barədə xəbərdarlıq verilib.

Yanvarın 5-də temperaturun düşməsindən bəri Fransada beş nəfər, Bosniya və Herseqovinada isə bir qadın həlak olub. Güclü qar və yağışlar Balkanlarda daşqınlara və elektrik təchizatında pozuntulara səbəb olub.



Xəbərin oxunma sayı : 634




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap