“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

2026-cı ildə Azərbaycanda neft hasilatı azalacaq - Proqnoz

Tarix 06.12.25, 10:23

Font ölçüsü : - / +
bitmap-img6


"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda neft hasilatının bir qədər azalacağını proqnozlaşdırır.

Bu barədə "Report" agentliyin proqnozlarına istinadən xəbər verir.

"2025-ci ilin 10 ayı ərzində neft hasilatı 4,6 % azalaraq gündəlik təxminən 556 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 27 min barel azalma deməkdir. Bu tendensiya növbəti illərdə də davam edəcək. Neft hasilatı, ehtimal ki, 2026-cı ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun köhnəlməsi səbəbindən bir qədər azalacaq. Xarici operatorların əlavə investisiyaları azalmanı yavaşladır, lakin dayandırmır", - agentlik qeyd edib.

Bu ilin 10 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,7 % artaraq gündəlik təxminən 849 min barel neft ekvivalenti təşkil edib. Bu da qaz hasilatındakı mülayim artımın neft hasilatındakı əhəmiyyətli azalmanı kompensasiya etmədiyini vurğulayır.

"S&P"nin qiymətləndirmələrinə görə, 2026-cı ildə qaz hasilatı ümumilikdə cari səviyyədə qalacaq.

"Daha uzunmüddətli perspektivdə bir neçə qaz hasilatı layihəsi ("Abşeron"un növbəti mərhələsi, AÇG-nin dərin layları və "Ümid", "Babək" və "Qarabağ" yataqlarının işlənməsi daxil olmaqla) qaz hasilatını dəstəkləyə bilər, amma onların hamısı planlaşdırmanın ilkin mərhələlərindədir və həyata keçirilməsi üçün illər lazım olacaq", - agentlik vurğulayıb.





Xəbərin oxunma sayı : 151




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap