“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Türkiyə ilə Azərbaycan arasında müqavilə imzalanıb - 33 milyard kubmetr qaz tədarükü üzrə

Tarix 04.01.26, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar "Kanal 7" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, müqaviləyə əsasən "Abşeron" yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək. Tədarük 2029-cu ildən başlayacaq və 2040-cı illərəqədər davam edəcək, A.Bayraktar qeyd edib.

"Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı "Bakı-Tbilisi-Ərzurum" boru kəməri vasitəsilə ölkəmizə çatdıracağıq", - deyə nazir bildirib.

O vurğulayıb ki, uzunmüddətli müqavilələr və mənbələrin şaxələndirilməsi strategiyası Türkiyənin enerji təchizatının təhlükəsizliyini gücləndirir və qazın rəqabətqabiliyyətli qiymətlərlə təmin olunmasına imkan yaradır.

Hazırda Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.


Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyardkubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Sazişə əsasən, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.



Xəbərin oxunma sayı : 820




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap