“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Son bir ayda evlərdən 20-yə yaxın meyit tapılıb - SİYAHI

Tarix 06.01.26, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalanda mənzildən meyit tapılıb.

AzFakt.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlillinin meyiti tapılıb.

Bildirilir ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Onu da qeyd edək ki, son bir ay ərzində xəbər saytlarında müxtəlif şəhər və rayonlarda evlərdə tapılan meyitlərlə bağlı çoxsaylı xəbərlər yayılıb.

Həmin məlumatların bəzilərini təqdim edirik:

4 yanvar – Cəlilabad rayonu ərazisində 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində, qardaşına məxsus evdə tapılıb. Ziya Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb.

2 yanvar – 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu, Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

2 yanvar – 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.

2 yanvar – 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Binəqədi rayonu, Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

2 yanvar – Xətai rayonu, G. Mehmandarov küçəsində 86 yaşlı Fizə Şah qızı Məhsimovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

2 yanvar – Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 79 yaşlı Ofeliya Əhməd qızı Əhmədovanın meyiti yaşadığı evdə aşkarlanıb.

30 dekabr – Xətai rayonu, G. Şıxlinski küçəsində Cəbrayıl rayon sakini, 33 yaşlı Aytən Tahir qızı Quliyevanın boğaz nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti kirayədə yaşadığı evdən tapılıb.

29 dekabr – Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin meyiti yaşadığı evdə tapılıb. Mərhumun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.

29 dekabr – Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 146, mənzil 50 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın meyiti yaşadığı mənzildə aşkar olunub. Onun da ölümündə zorakılıq əlamətləri müşahidə edilməyib.

27 dekabr – Binəqədi rayonunun Biləcəri qəsəbəsində Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

26 dekabr – Gəncədə 38 saylı Hərbi şəhərcik ərazisində 1964-cü il təvəllüdlü Məmmədova Aybəniz Nəbi qızının meyiti yaşadığı evdə tapılıb.

24 dekabr – Masallı rayonunun Boradigah qəsəbəsində 67 yaşlı Huriyyə Dadaş qızı Rzayevanın meyiti yaşadığı evdə tapılıb.

19 dekabr – Tovuzun Qovlar şəhər sakini olan 1998-ci il təvəllüdlü R. Cəfərovun meyiti yaşadığı evdə aşkar edilib.

17 dekabr – Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 56 yaşlı Feyruz Arxabala oğlu Ağabalayevin meyiti yaşadığı evdə tapılıb.

15 dekabr – Nərimanov rayonu, A. M. Cümə küçəsi, ev 26, mənzil 5-də meyiti tapılan şəxsin 61 yaşlı Ramiq Telman oğlu Məmmədov olması müəyyən edilib.

12 dekabr – Xətai rayonu, Mingəçevir küçəsində 44 yaşlı Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə tapılıb.

9 dekabr – Sumqayıtın Xəzər bağları ərazisində 2002-ci il təvəllüdlü Kənan Nəsirlinin meyiti yaşadığı evdə aşkar olunub.



Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap