“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Həkimi xadimə əvəz edib? - “Sınıq ayağımı “rajok”la bərkitdilər”

Tarix 06.01.26, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


“Bayram günlərində Naxçıvan Mərkəzi Xəstəxanasında növbətçi həkim olmadığından, onları tibb bacıları, bəzən isə xadimələr əvəz edib. Xəstəxanada təcili tibbi yardım üçün zəruri vasitələr - şpris, ağrıkəsici, bint, spirt və digər ləvazimatlar da tapılmayıb. Bu səbəbdən xəstələrə türkəçarə üsullarla yardım göstərildiyi bildirilir”.

Bu barədə “Gündəlik Naxçıvan” kanalı məlumat yayıb.

Məlumata görə, ən diqqətçəkən hadisə dekabrın 30-da baş verib. Ayağı qırıldığı üçün xəstəxanaya aparılan B. Mürsəlov “Gündəlik Naxçıvan”a deyib ki, lazımi tibbi alət tapılmadığından sınıq ayağını sabitləmək üçün ayaqqabı geyinməkdə istifadə olunan “rajok”dan istifadə edilib:“Ayağımın ağrısından dayana bilmirdim. Xəstəxanaya çatanda sevindim ki, nəhayət kömək edəcəklər. Amma dedilər həkim yoxdur. Ağrıkəsici istədik, o da tapılmadı. Tibb bacıları yaxın gəlmədilər, dedilər bu həkim işidir. Axırda xadimələr işi üzərlərinə götürdülər. Sınıq ayağı bərkitmək üçün alət olmadığından “rajok” gətirdilər. Onu bərkitməyə bint tapılmadı, hardansa rezin tapıb bağladılar. Sonra dedilər ki, həkimlər bir neçə gün olmayacaq, aparın sınıqçıya. Məcbur qalıb bu vəziyyətdə sınıqçıya getdim. O da yumurta sarısı ilə gips qoydu. Bu gün rentgenə düşmək istədim, dedilər rentgen aparatı da işləmir”.

Bayram günlərində ağır xəstə olan yaxınını xəstəxanaya aparan Gövhər Məmmədova isə bildirib ki, onların bəxti nisbətən gətirib və gec də olsa həkim gəlib, lakin vəziyyət yenə də acınacaqlı olub:“Bu boyda xəstəxanada həkimi yerində tapa bilmədik. Zəng etdilər, 1-2 saatdan sonra gəldi. Amma nə şpris var idi, nə ağrıkəsici, nə bint, nə də spirt. Ən xırda ləvazimatları belə aptekdən özümüz almışıq. Palatada oturmağa da icazə vermirlər, deyirlər çarpayı çirklənər. Bu xəstəxana yox, taleyin ümidinə buraxılmış bir bina idi. Həkim yoxdur, dərman yoxdur, kömək edən yoxdur”.



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap