“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət - “Pro Construction Company“ MMC

Tarix 20.12.25, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. 

Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi tərəfindən keçirilib. Cari təmir işlərinin satın alınması ilə bağlı keçirilən bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 292 417,14 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Pro Construction Company" MMC 15 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Mediada gedən məlumatlarda isə iddia edilir ki, "Pro Construction Company" MMC Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin direktoru Elşad Hacıyevə yaxın şirkətdir.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Pro Construction Company" MMC 2025-ci ildə Səhiyyə Nazirliyi və ona tabeli qurumlarla 7 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 11 983 183,86 manatdır. 



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap