“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Çempionlar Liqası: “Qarabağ“ doğma meydanda “Ayaks“a uduzdu

Tarix 10.12.25, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

AzFakt.com-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
 
Çempionlar Liqası
Liqa mərhələsi
VI tur

10 dekabr
Qarabağ (Azərbaycan) - Ayaks (Niderland) 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 - Kasper Dolberq, 39. Oskar Qloux, 78; 90. Anton Qaey, 83.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qloux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Baş məşqçi: Fred Qrim
.
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).
VAR: Matej Juq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu.








Xəbərin oxunma sayı : 556




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap