“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Ayaks“la oyunda futbolçulardan razı qaldım“ - Qurban Qurbanov

Tarix 11.12.25, 9:02

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyunda futbolçulardan razı qalıb.

Bunu mütəxəssis mətbuat konfransında deyib.

O, Bakıda Niderland komandasına uduzduqları (2:4) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Son illər belə sürətli oyun nadir hallarda olur. Bu cür komandalar səhvləri bağışlamır. UEFA Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır. Meydanda döyüşərək məğlub olduq. Heç-heçə haqqında düşünmürdük. Qalibiyyət barədə fikirləşirdik. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatmadı. Belə nəticələrə hazır olmaq lazımdır".

Q.Qurbanov görüşdə daha çox qol epizodlarının olduğunu da vurğulayıb.

Təcrübəli mütəxəssus futbolçuların məğlubiyyətə görə məyus olduğunu söyləyib:

"Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq".


Baş məşqçi "Qarabağ"ın U-19 komandasınınn UEFA Gənclər Liqasındakı çıxışına da toxunub:

"Bu, Azərbaycan futbolunun yaralı yeridir. Bu gün 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu komandanın hansı səviyyədə olacağı maraqlıdır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə, kənardan nəticələrimiz, vuruşmağımız bizi aldadır. Gələcəyə baxsaq, futbolumuzdakı fərqlər böyüyə-böyüyə gedir. Sonu necə olacaq, bilmirəm. "Qarabağ" olaraq mütləq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. Həm də 19 yaşlılarımızın çox 17, 18 yaşlı oyunçular idi, ilk dəfədir belə turnirdə iştirak edirlər. Rəqiblər böyüyə-böyüyə gəlirlər. Bu gün biz Çempionlar Liqasında oynayırıqsa, onlar 17 yaşlarından başlayır belə turnirlərdə oynamağa. Onların şəraitindən isə danışmağa dəyməz. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk komanda "Ayaks"dır. Onların şəraitindən danışılası deyil. Onların şəraiti Azərbaycan futbolunun şəraitindən üstündür. Özüm də bir neçə klubda, akademiyada olmuşam. Onlarla biz yan-yana qoyulası deyilik. Fərq çox böyükdür".



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap