“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

TƏBİB-in yarıtmaz kadr siyasəti - Səkinə Sadıxovanın Sumqayıtdan Abşerona transferi

Tarix 05.12.25, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Barəsində aparılan araşdırmanın Səkinə Sadıxovanın karyerasına təsir etmədiyini, əksinə, müəyyən yüksək səviyyəli himayədarların köməyi ilə məsuliyyətdən yayına bilib.

2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt Tibb Mərkəzi ilə bağlı apardığı araşdırma ölkənin səhiyyə sistemində illərlə formalaşmış struktur problemləri yenidən gündəmə gətirdi. Hesablama Palatasından daxil olan material əsasında başlanmış araşdırmada dövlət təyinatlı vəsaitlərin xərclənməsi ilə bağlı ciddi uyğunsuzluqlar, xüsusilə də Sumqayıt ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin cari təmir işləri üçün ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması faktı araşdırmanın miqyasının kifayət qədər böyük olduğunu və aşkar edilən pozuntuların təsadüfi deyil, sistematik xarakter daşıdığını göstərir. Araşdırmanın detallarından da məlum olur ki, həmin dövrdə Sumqayıt Tibbi Ərazi İdarəetmə Birliyinə rəhbərlik edən Səkinə Sadıxovanın fəaliyyəti də qiymətləndirilmiş və müxtəlif maliyyə əməliyyatlarında təyinatdan kənar xərcləmə şübhələri formalaşmışdır. Maraqlı məqam ondadır ki, qeyri-rəsmi mənbələr həmin dövrdə barəsində aparılan araşdırmanın Səkinə Sadıxovanın karyerasına təsir etmədiyini, əksinə, müəyyən yüksək səviyyəli himayələrin köməyi ilə məsuliyyətdən yayına bildiyini iddia edir. Rəsmi təsdiqi olmayan bu iddialar bu gün də ictimaiyyətdə haqlı suallar doğurur.

Daha diqqətçəkən məqam isə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Səkinə Sadıxovanın yenidən məsul bir vəzifəyə - Abşeron Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edilməsidir. Bu təyinat araşdırmanın nəticələri fonunda kadr idarəçiliyində bir sıra ciddi suallar yaradır.

Açıklama yok.

Əgər rəsmi araşdırmada sözügedən şəxsin fəaliyyətində nöqsanların olduğu təsbit edilirdisə, o zaman bu təyinat hansı meyarlar əsasında həyata keçirilib? Kadr seçimi zamanı peşəkarlıq, şəffaflıq, reputasiya və məsuliyyət prinsipləri nəzərə alınıbmı?

Əgər nəzərə alınmayıbsa, bunun səbəbi nədir?

Bu kimi sualların cavabsız qalması TƏBİB-də kadr siyasətinin obyektiv meyarlarla deyil, daha çox şəxsi əlaqələr əsasında formalaşdığı barədə ictimai narahatlığı gücləndirir. Redaksiyamıza daxil olan digər məlumatlar da göstərir ki, oxşar hallar əvvəllər də təkrarlanmış, hətta keçmişdə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin belə müəyyən bölgələrdə rəhbər vəzifələrə təyin edilməsi ilə bağlı iddialar mövcud olmuşdur. Bu cür təyinatların sistem xarakteri alması artıq təkcə bir nəfərin fəaliyyəti ilə bağlı məsələ deyil; bu, səhiyyə sistemində institusional nəzarət mexanizmlərinin qeyri-effektiv olduğunu, kadr auditinin aparılmadığını, risk analizi konsepsiyasının tətbiq edilmədiyini göstərən çoxsaylı siqnallardan biridir. Problem ondadır ki, araşdırma nəticələri nəzərə alınmadan verilən hər bir kadr təyinatı yalnız bir tibb müəssisəsinin deyil, bütövlükdə səhiyyə sisteminin reputasiyasına və idarəetmə keyfiyyətinə ciddi zərbə vurur. Belə olan halda ortaya çıxan əsas sual budur: hansı səbəbdən araşdırma nəticələri qərarvermə prosesinə təsir etmir və niyə kadr siyasətində reputasiya amili önəmli kriteriya kimi çıxış etmir?

Məsuliyyətin selektiv tətbiqi, kadrların eyni idarəetmə çevrələri daxilində rotasiya olunması və araşdırmaların nəticələrinin nəzərə alınmaması kimi hallar davam etdiyi müddətdə səhiyyədə islahatların effektiv nəticə verməsi mümkün görünmür. Mövcud informasiya və faktlara əsaslanaraq demək olar ki, şəffaflıq mexanizmlərinin gücləndirilməsi, kadr təyinatlarında audit və reputasiya yoxlamasının institusionallaşdırılması, araşdırmaların nəticələrinin hüquqi və idarəetmə qərarlarında birbaşa nəzərə alınması dövlət idarəçiliyində zəruri həlqələrdən biridir. Əks təqdirdə, bu gün Sumqayıt və Abşeron xətti üzrə müşahidə olunan uyğunsuzluqlar sabah digər bölgələrdə də təkrarlana bilər ki, bu da sistemə uzunmüddətli etimadın bərpasını daha da çətinləşdirəcək.

Mənbə: DogruXeber.tv




Xəbərin oxunma sayı : 1216




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap