“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Avropanın enerji bazarında Slovakiya Azərbaycanın strateji tərəfdaşına çevrilib

Tarix 09.12.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan təkcə yaxın regionda deyil, həm də Avropa ölkələri ilə tərəfdaşlıq imkanlarını ardıcıl şəkildə inkişaf etdirir. Ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Bu ölkələr arasında Mərkəzi Avropada yerləşən Slovakiya xüsusi yer tutur. Slovakiya NATO və Avropa İttifaqının üzvü, dinamik inkişaf edən iqtisadiyyata və güclü sənaye potensialına malik dövlətdir. Məhz bu amillər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsaslardan biridir. Azərbaycan və Slovakiya rəhbərləri arasında formalaşmış qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır. Bu səbəbdən iki ölkə arasında əlaqələr son illərdə daha strateji və dinamik mərhələyə qədəm qoyub.
Yüksəksəviyyəli siyasi dialoqun intensivləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi tərəfdaşlığın möhkəm təməllərə söykəndiyini təsdiqləyir. Xüsusilə 2023-2024-cü illərdə imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Slovakiya Baş nazirinin və Prezidentinin Azərbaycana səfərləri siyasi sahə ilə yanaşı, iqtisadi, enerji və humanitar əməkdaşlığa real töhfələr verib. Qarabağda həyata keçirilən bərpa layihələrində Slovakiya şirkətlərinin iştirakı isə bu tərəfdaşlığın regional inkişaf üçün də əhəmiyyətini ortaya qoyur.

Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Ötən müddət ərzində iki ölkə arasındakı diplomatik əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaranıb.

Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfərə gəlib. Bu səfər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı bildirib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Qeyd edilib ki, keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.

Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.

Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəri olduğunu qeyd edən Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, “Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”.

Slovakiya Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var”, – deyə o əlavə edib.

Mətbuat konfransında hər iki ölkənin rəhbəri qarşılıqlı əlaqələrin daha da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

Səlmi Mehtiyeva



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap