“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

DSMF-nin gələn il üçün büdcəsi bu qədər olacaq - Layihə qəbul edildi

Tarix 09.12.25, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsini üçüncü oxunuşda qəbul edib.

AzFakt.com xəbər verir ki, sənəd parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Fondun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində müəyyən edilir. Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

• dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000 manat;
• dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000 manat.

Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılacaq.

Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.



Xəbərin oxunma sayı : 685




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap